“Starmer vəzifəsindən getməyə razıdır” − DM
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Britaniya Baş naziri Kir Starmer istefa vermək niyyəti barədə ən yaxın ətrafına məlumat verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrə istinadən məlumat yayıb.
“O, mövcud xaosun davamlı olmadığını başa düşür. Sadəcə bunu ləyaqətlə və öz yolu ilə etmək istəyir. O, bir cədvəl tərtib edəcək”, - qəzet mənbəyə istinadən bildirib.
Başqa bir mənbəyə görə, Starmer heç bir risk etmək istəmir, çünki əlavə seçkilərdə mümkün məğlubiyyət çox böyük rüsvayçılıq demək olardı.
Qeyd edək ki, mayın 7-i keçirilən yerli hökumət seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran baş verdi. Nəticədə, Leyboristlər Partiyası ilk dəfə Uels Parlamentinə nəzarəti itirdi. Leyboristlər İngiltərədəki müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazandılar. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdü, lakin Leyboristlər Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verməkdən imtina etdi.
Bu mövzuda digər xəbərlər:Epşteyn qalmaqalına görə Starmer vəzifəsindən ola bilər
06 Fevral 2026 00:00
Starmer: Yaxın illərdə Baş nazir vəzifəsindən ayrılmaq niyyətində deyiləm
10 May 2026 20:23
Starmer Britaniya Baş naziri vəzifəsindən istefa vermək qərarına gəlib
22 İyun 2026 12:57
Starmer Makronla görüşəcək
08 Yanvar 2025 18:16
Starmer Trampla görüşəcək
28 İyul 2025 15:46
Baxış sayı:137
Bu xəbər 17 May 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















