Icma.az
close
up
RU
START finişə çatır: Rusiya “davam” deyir, Amerika isə...

START finişə çatır: Rusiya “davam” deyir, Amerika isə...

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ilin fevral ayında ABŞ ilə Rusiya arasındakı Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (START) müddəti bitir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, START müqaviləsinin müddəti başa çatdıqdan sonra ABŞ eyni öhdəlikləri qəbul edərsə, Kreml müqavilənin əsas məhdudiyyətlərini bir il daha yerinə yetirməyə hazırdır. Ağ Ev Donald Trampın bu təklifə cavab verəcəyini açıqlayıb, amma hələlik heç bir açıqlama verilməyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekinin Moskva ilə Vaşinqton arasında bu cür silahlara dair razılaşmaların davam etdirilməsini dəstəklədiyini açıqlayıb. Diplomat açıqlamasında "Ən böyük nüvə arsenalına malik olan iki ölkə kimi ABŞ və Rusiya nüvə silahlarının bərpası və yeni nüvə silahlarının ləğvi strategiyasının həyata keçirilməsi sahəsində xüsusi prioritet öhdəliklərini effektiv şəkildə yerinə yetirməlidirlər" fikrini söyləyib.

Çinin bu müqaviləni dəstəkləməsində marağı nədir? Əgər müqavilənin müddəti uzadılarsa, bu, ABŞ-Rusiya siyasi münasibətlərindəki gedişata necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ və Rusiya ən nəhəng dövlətlərdir və nüvə başlığının sayına görə ilk iki yeri tuturlar.

Onun sözlərinə görə, bu kontekstdə strateji silahların istehsalında inadkarlıq nümayiş etdirmək düzgün deyil. Onsuz da dünya səviyyəsində silah-sursat istehsalı artıb:

"İndiki məqamda silahların istehsalı dünyada kütləvi hal alıb. Bu istiqamətdə təkcə aparıcı dövlətlər və texnoloji baxımdan öndə olan ölkələr deyil, orta güclər də aktivdir. Elə xırda ölkələr var ki, onlar da daxili hərbi-sənaye kompleksi yaradırlar və anlayırlar ki, silahların və cəbhəxananın güclü olması təhlükəsizliyə zəmanət verən bir məsələdir. Bu mənada ABŞ və Rusiya çox dərinə getməməli və qəlizlik nümayiş etdirməməlidirlər. Əksinə dünya birliyinə nəfəs verməlidirlər ki, insanlar rahat yaşasınlar”.

Politoloq hesab edir ki, əgər strateji silahların istehsalı davam edərsə, bu, təhdidlərin böyüdüyünü göstərəcək. Bu isə o qədər də yaxşı iş deyil. Dediyinə görə, çünki Sovet İttifaqı çökəndə razılıq əldə olunmuşdu ki, tərəflər strateji nüvə başlıqlarını yerlərdən götürsünlər və sabitlik gətirsinlər. Lakin sonradan bəlli oldu ki, amerikalılar faktiki və strateji nüvə başlıqları ilə təchiz olunmuş silahlarını, raketlərini artıq gəmilərə yerləşdiriblər.

Tofiq Abbasov: Çox güman ki, ABŞ və Moskva sözügedən müqaviləni müddətini uzadacaqlar

Müsahibimiz qeyd edib ki, 2012-ci ilə qədər Rusiya kəşfiyyat orqanları ölkənin 90-90 faiz ərazisinin artıq Amerikanın gəmilərdə yerləşdirdiyi o silahların hədəfində olduğunu müəyyənləşdirdilər. Rusiya bunu biləndə külli miqdarda maliyyə vəsaitləri var idi və ən qısa zamanda o geriliyi aradan qaldırdı. Bu, siyasi rəhbərliyin Müdafiə Nazirliyinə tapşırığı idi.

"Mövcud vəziyyətdə həmin silahların yenidən kütləvi şəkildə istehsalına ehtiyac yoxdur. Fikrimcə, gücü daha çox diplomatiyaya vermək lazımdır. Çinin marağına gəlincə, Pekin ABŞ-nin onun eksiztensial düşməni olduğunu başa düşür. ABŞ gec və ya tez çalışacaq ki, fiziki baxımdan Çinin sərhədlərinə daha yaxın olsun. Ona görə də Amerika və bəzi Qərb ölkələri Tayvan ətrafında süni surətdə təxribatlar yaratmaqla məşğuldur. Çin isə bildirir ki, özünün sərhədləri boyunca sakit oturmayacaq. Çin dünyanın ən nəhəng dövləti və dünyanın ən böyük iqtisadiyyata malik ikinci ölkəsi kimi, bütün silah növləri hesabına donanmasını gücləndirmək iqtidarındadır. Çin oyunu başqa meydanlara çıxarmağa çalışcaq", - deyə müsahibimiz əlavə edib.

T.Abbasov onu da vurğulayıb ki, Moskva, Pekin və Vaşinqton konsensus tapmağa çalışsalar, bunu bacaracaqlar. Hazırda ən güclü silah insan beynidir və onun texnoloji tapıntılarıdır. Odur ki, silah-sursat dünəndən qalmış köhnə vasitədir. Çox güman ki, ABŞ və Moskva sözügedən müqaviləni müddətini uzadacaqlar.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri