Start həyəcanına qalib gəlməyə çalışacağıq Şirvan ın baş məşqçisi
Icma.az, Fanat saytına istinadən bildirir.
II Liqada debüt edəcək "Şirvan" açılış oyununda "Şəmkir"i qonaq edəcək.
Bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında start həyəcanına qalib gəlməyə çalışacaqlarını bildirib:
"Rəqib köklü klublarımızdan olan "Şəmkir"dirsə, çəkinməyə dəyər. Üstəlik, baş məşqçiləri uzun illər elitada yüksək səviyyədə futbol oynayan, ölkənin sayılan-seçilən hücumçularından olan, indi də məşqçi kimi özünü təsdiqləyən Vüqar Nadirovdur. Təbii ki, həyəcanlıyıq. Ancaq start həyəcanına qalib gəlməyə çalışacağıq. Biz yeni komandayıq, ilk dəfə II Liqada çıxış edəcəyik. Məqsədimiz debüt ilində yerimizi qorumaqdır.
Normal komanda yığmağa çalışmışıq. Düzdür, hələ komplektləşmə və hazırlıq səviyəmiz 60-65 faiz civarındadır. Amma oyundan-oyuna artıraraq daha yaxşı komanda ola bilərik. Əsasən yerli futbolçulardan ibarət heyət formalaşdıra bilmişik. Kənardan oyunçu gətirib onun məskunlaşmasını həyata keçirməyə maddi durumumuz imkan vermir. Perspektivli uşaqlarla bacardıqca yaxşı nəticələr qazanmaq əzmindəyik. Görək bu bizdə necə alınacaq?".
Qeyd edək ki, "Şirvan" - "Şəmkir" oyunu 6 sentyabrda baş tutacaq. Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək matç 16:30-da start götürəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















