Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) innovasiya ekosisteminin quruculuğu istiqamətində beş istiqamət üzrə fəaliyyət həyata keçirib.
“APA-Economics” xəbər verir ki, bunu İRİA-nın illik fəaliyyətinə dair mətbuat konfransında qurumun idarə heyətinin sədri Fərid Osmanov deyib.
O bildirib ki, birinci istiqamət müvafiq infrastrukturun formalaşdırılması, ikinci maliyyə vəsaitlərinə əlçatanlığın təmin edilməsi və eyni zamanda müvafiq bilik və bacarıqlara malik insan kapitalının formalaşdırılması, ölkədə fəaliyyət göstərən startapların xarici bazarlara çıxışlarının dəstəklənməsi vəümumilikdə innovasiya mədəniyyətinin formalaşdırılmasına yönəlib:
“Məhz həyata keçirdiyimiz fəaliyyət bu beş istiqaməti əhatə etməklə aparılıb. Hesabat dövründə komandamız tərəfindən ümumilikdə müvafiq hakatonların, akselerasiya proqramlarının həm yerli, həm beynəlxalq tərəfdaşlarla birlikdə təşkili, o cümlədən təhsil məsələlərinin birlikdə təşkili təmin edilmişdir, müvafiq innovasiya proqramlarının həyata keçirilməsi təmin edilib. Bu istiqamətdə üç ildən artıq mühüm işlər görülüb, məhsullar formalaşdırılmışdır və artıq onların innovasiya ekosistemində fəaliyyətinin dəstəklənməsi, izlənilməsi və tərəfimizdən monitorinq prosesi həyata keçirilir”.
F.Osmanov qeyd edib ki, şəhərdə keçirilən əhəmiyyətli tədbirlərlə yanaşı, regionlarda da innovasiya ekosisteminin quruculuğu istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təşkil olunub:
“Bunlar məhz Lənkəran, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində innovasiya fəaliyyətinin dəstəklənməsi olub. Bununla bağlı 10-dan artıq proqram müvafiq təhsil müəssisələri ilə birlikdə icra edilib”.
F.Osmanovun sözlərinə görə, ötən il innovasiya ekosisteminin dəstəklənməsi məqsədilə 20-dən artıq startapın maliyyələşdirilməsi, ölkədə formalaşdırılmış model vasitəsilə maliyyələşdirilməsi istiqamətində işlər aparılıb:
“Maliyyələşmə istiqamətində fəaliyyətin daha da genişləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik bazasının hazırlanması və genişləndirilməsi diqqət mərkəzində saxlanılıb ki, bu istiqamətdə də aidiyyəti dövlət qurumları ilə işlər artıq tamamlanmaq üzrədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















