Startaplar niyə böyümür? Nazir səbəbi açıqladı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Bizim bu gün startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmlərimiz yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
“Bu, istər vençur olsun, kradfandinq olsun və sair. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks etdirməyən cəmi 12 milyon manatlıq üç fond var. Yəni 12 milyon manat sərmayə yatıran mələk investorlardır. 12 milyon digər müxtəlif səviyyədə olan startaplara da yatırılacaq investisiyalardır ki, bu, bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda, xaricdən fondları cəlb etməklə biz bazarın inkişafına kifayət qədər təkan vermiş olarıq”, – nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















