Icma.az
close
up
RU
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət ediblər

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət ediblər

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti 12 dekabr - anım günü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor Sərdar Səfərovun rəhbərliyi ilə Agentliyin əməkdaşları Fəxri xiyabana gedərək müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın xilaskarı ulu öndərin məzarının önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra anım tədbiri Agentliyin konfrans zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəisi, general-mayor Sərdar Səfərov ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrün ölkəmizdə həyatın bütün sahələrində inkişaf, quruculuq dövrü kimi tarixə düşdüyünü qeyd edib, onun zəngin rəhbərlik təcrübəsinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan problemlərin həllində mühüm rol oynadığını diqqətə çatdırıb.

Ulu öndərin qısa zaman kəsiyində sabitliyi, əmin-amanlığı bərqərar etdikdən sonra iqtisadi dirçəlişimizin əsasını qoyan “Əsrin müqaviləsi” ilə Azərbaycanı dünyada söz sahibi etdiyini, etibarlı tərəfdaş kimi tanıtdığını deyən natiq, ölkəmizi parçalamaqdan, bölünməkdən qorumağın vahid bir ideologiya əsasında mümkünlüyünü böyük uzaqgörənliklə müəyyənləşdirən ümummilli liderin Azərbaycançılıq ideologiyası ilə xalqımızı bir bayraq altında birləşdirdiyini vurğulayıb.

Qeyd olunub ki, ümummilli liderin ən böyük arzusu qan tökülmədən, itki vermədən Vətən torpaqlarının işğaldan azad olunması idi. Lakin ikili standartların meydan suladığı dünyanın reallıqları və ömür ona ideyalarını sonadək həyata keçirməyə imkan vermədi.

Ulu öndər inadından, inamından güc alan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək düz beş il öncə XXI əsrin hərb tarixinə əbədi həkk olan qələbəyə imza atdı. 2023-cü ildə keçirilən antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi, Xankəndidə üçrəngli bayrağımız dalğalandı, ata vəsiyyəti yerinə yetirildi.

Tədbirdə iştirak edən digər çıxışçılar ərazi bütövlüyünə, suverenliyinə qovuşan ölkəmizin ulu öndərin siyasi varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edib, gələcək nəsillərin müstəqil, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə daim fəxr edəcəklərini vurğulayıblar. Sonda ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri