Statistika Komitəsi elan etdi Yanvarda ən çox bahalaşan məhsulların adı bəlli oldu
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ilin yanvar ayında ölkədə qiymət səviyyəsində artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.
Demokrat.az xəbər verir ki, qiymət artımı əsasən qida sektorunda müşahidə olunub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 7,1 faiz artıb. Xidmət sektorunda 5,6 faiz, qeyri-qida mallarında isə 3,5 faiz artım qeydə alınıb. 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2026-cı ilin yanvarında ümumi qiymət səviyyəsində 1,5 faizlik artım olub.
Ay ərzində bəzi əsas ərzaq məhsullarında – makaron, süd məhsulları, yumurta, eləcə də xiyar, pomidor, bibər və kartof kimi tərəvəzlərdə qiymət artımı qeydə alınıb. Meyvələr arasında naringi, alma, armud və xurmanın qiymətində yüksəliş müşahidə edilib. Eyni zamanda, düyü, portağal, kələm və yerkökü kimi bəzi məhsullarda qiymət azalması da qeydə alınıb.
Qeyri-qida malları arasında sement, laminat və bəzi mebel növlərinin qiymətində artım olub. Yanacaq sektorunda “Aİ-92” markalı benzin və dizelin qiymətində dəyişiklik statistik göstəricilərə təsir göstərib. Xidmət sahəsində elektrik enerjisi, təbii qaz, tibbi xidmətlər və taksi xidmətlərində artım qeydə alınıb. Bununla yanaşı, hava nəqliyyatı və kuryer xidmətlərində müəyyən ucuzlaşma müşahidə olunub.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri dəyişib
15 Aprel 2026 17:40
Əhalinin gəlirləri artıb Statistika Komitəsi
15 May 2025 16:30
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
15 Aprel 2025 21:08
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
15 May 2025 13:25
Baxış sayı:119
Bu xəbər 11 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları