Statistika Şurasının yeni tərkibi təsdiqlənib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq olunub.
“Report” xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən,
Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini
- Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini
- Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri
- Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.
Statistika Şurasının tərkibinə daxil ediliblər.
Baxış sayı:102
Bu xəbər 09 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















