Stavropolda terror planlaşdıran gənc qadın saxlanılıb
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
O Ukrayna kəşfiyyat orqanları adından Rusiya Müdafiə Nazirliyinin əsgərinə hücum etməli imiş
FSB Stavropolda Kubandan olan 18 yaşlı bir qadın tərəfindən təşkil edilən terror aktının qarşısını alıb. Bu barədə AYNA.AZ rus medioasına istinadən xəbər verir.
Bildirilib ki, o Ukrayna kəşfiyyat orqanları adından Rusiya Müdafiə Nazirliyinin əsgərinə hücum etməli imiş.
2007-ci il təvəllüdlü qadına hərbi obyektin yaxınlığındakı avtomobilə təxminən 400 qram TNT ağırlığında əldəqayırma partlayıcı qurğu (PPS) yerləşdirmək tapşırığı verilib. O planını həyata keçirməyə cəhd etməzdən əvvəl tutulub.
Araşdırma zamanı məlum olub ki, qadını cinayət məsuliyyəti ilə bağlı yalan təhdidlərdən istifadə edən telefon fırıldaqçıları manipulyasiya ediblər və bu hərəkəti törətməyə məcbur ediblər. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin terror aktına cəhd, qanunsuz partlayıcı maddələrin saxlanması və partlayıcı qurğuların istehsalı ilə bağlı bir neçə maddə ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















