Stavropolun energetika nazirinə cinayət işi açıldı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Stavropol vilayətinin energetika, sənaye və rabitə naziri vəzifəsini icra edən İvan Kovalyov başlanmış cinayət işinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nazir öz vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz məqsədlərlə istifadə etməkdə şübhəli bilinir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Energetika naziri Kovalyov davam edən cinayət işinin istintaq tədbirləri zamanı saxlanılıb. Ona qarşı irəli sürülən əsas şübhə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır", - deyə xəbərdə qeyd olunub.
Mənbə əlavə edib ki, qanunsuz əməllər nazirliyin nəzdində fəaliyyət göstərən kollec tələbələrinin istirahət bazasının yerləşdiyi Qara dəniz sahilindəki torpaq sahəsinin kommersiya məqsədilə icarəyə verilməsi ilə əlaqədardır.
Qeyd edək ki, bundan öncə Krasnodar diyarının səhiyyə naziri Yevgeni Filippov da vəzifə başında olarkən qanunsuz gəlir əldə etmə şübhəsi ilə Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən nəzarətə alınmışdı. O, xidməti mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq törətməkdə günahlandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 26 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















