Sterlinq narkotikə görə saxlanıldı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İngiltərə millisinin sabiq oyunçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.
QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, "Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.
Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib.
Sterlinq daha sonra girov müqabilində sərbəst buraxılıb.
Xatırladaq ki, 31 yaşlı futbolçu bu ilin fevralında “Feyenoord”a keçib. O, Niderland klubunun heyətində 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.. O, daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul” klublarında da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















