Icma.az
close
up
RU
Stiv Vitkof : “Trampla Putinin arasında böyük dostluq var”

Stiv Vitkof : “Trampla Putinin arasında böyük dostluq var”

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Makler-diplomat-o kimdir?

Stiv Vitkof (ing. Steve Witkoff) bugünlərdə Moskvada Vladimir Putinlə gizli danışıqlar aparıb oradan Bakıya uçmuşdu. Aydındır ki, o, İlham Əliyevlə danışıq aparmaq üçün Azərbaycana gəlib. Özü də martın 15-i cənab Stiv Vitkofun (1957) ad günü idi. Bu səfərlə bağlı geniş məlumat yayan İsrailin “The Jerusalem Post” yazmışdı ki, yüksək rütbəli ravvinlərin prezident D. Trampa "Avraam (İbrahim) müqaviləsi"nin (ing. Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Həmin məktubda bədnam 907-ci düzəlişin aradan qaldırlmasının vacibliyinə də toxunulub. Bu ideyanın müəllifi isə heç şübhəsiz ki, İsrailin Baş Naziri Benyamin Netanyahudur. O, Knessetdəki (parlament) çıxışında bu məsələləri gündəmə gətirmişdi. “The Jerusalem Post” onu da yazmışdı ki, ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər.

“The Jerusalem Post” onu da yazmışdı ki, ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyən edə biləcək belə bir görüşün məhz Bakıda keçirilməsi üçün hərəkətə keçib.

Bəs, Stiv Vitkof kimdir? Bu yazıda bu suala cavab verməyə çalışacağıq. O, milyarder, hüquqşünas, və diplomat kimi tanınır. O, D.Trampın Yaxın Şərq üzrə xüsusi elçisidir. Karyerasına daşınmaz əmlak üzrə vəkil kimi başlasa da tezliklə daşınmaz əmlaka investisiya qoymağa başlayıb. Cənab Vitkofun təkcə ABŞ-da deyil, həmçinin Yaxın Şərqdə də geniş biznes əlaqələri var. Nyu-Yorkdan başqa Las Veqas və London kimi şəhərlərdə çoxsaylı mülklərə sahibdir. 2024-cü ilin noyabrında yeni seçilmiş prezident Donald Tramp Vitkofu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqlamışdı. O, rəsmi olaraq bu vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı. Yaxın Şərqdən əlavə o, de-fakto D. Trampın Rusiya üzrə də elçisi sayılır.

Əslən yəhudi olan Vitkof Nyu-Yorkda (Bronks) anadan olub, orada böyüyüb. O, Martin və Lois Vitkofun oğludur. Onun atası Nyu-Yorkda qadın paltolarının istehsalçısı idi. O, 1983-cü ildə Hofstra Hüquq Məktəbini bitirib.

“The Wall Street Journal “ yazır ki, Stiv Vitkofun diplomatik təcrübəsi yoxdur. Ancaq "Daşınmaz əmlak dünyasındakı həmkarları həmişə Vitkofu ağıllı, diqqətçəkən və sadə davranışı olan istedadlı danışıqçı kimi təsvir edirlər".

1983-cü ildə hüquq fakültəsini bitirdikdən sonra Vitkof Nyu-York şəhərinin daşınmaz əmlakla bağlı olan hüquq firması” Dreyer & Traub”-da işləyib, orada müştəri olan Donald Trampla tanış olub. Sonra bu tanışlıq dostluğa çevrilib.

15 sentyabr 2024-cü ildə Vitkofv Florida ştatının “West Palm Beach” şəhərindəki “Trump International Golf Club”-da Trampla qolf oynayarkən, Rayan Wesley Routh Trumpa sui-qəsd məqsədi ilə atəş açdı. O vaxt da onlar bir yerdə idi.

9 noyabr 2024-cü ildə Vitkof keçmiş ABŞ senatoru Kelly Loeffler ilə birlikdə Trampın ikinci prezidentliyi üçün İnauqurasiya Komitəsinin həmsədri seçilib.

Vitkofun yanaşması ənənəvi diplomatik üsullardan xeyli fərqlənir. Məsələn, o, İsrailin baş naziri Benyamin Netanyahuyaya HƏMAS-la razılaşmanı yekunlaşdırmaq üçün təzyiq göstərib. D. Trampın razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb və nəticədə HAMAS-la anlaşma əldə olunub.

11 fevral 2025-ci ildə Tramp Vitkofu Moskvaya göndərdi, o, prezident Vladimir Putinlə görüşdü və Rusiya vətəndaşı Aleksandr Vinnikin müqabilində ABŞ vətəndaşı Mark Fogelin Rusiya həbsxanasından azad olundu. Vitkof Putin və Trampla bağlı belə deyir: "Məncə, onların böyük dostluğu var idi və indi də bunun davam edəcəyini düşünürəm və bu, dünya üçün həqiqətən yaxşı bir şeydir".

16 fevral 2025-ci ildə Vitkof Ukrayna və Avropanın Ukrayna danışıqları zamanı kənarda qalacağına dair narahatlıqları rədd etdi. 2025-ci il fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Amerika və Rusiya nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqları üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşdülər. Rubionu Stiv Vitkof və Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals müşayiət edirdi.

Hazırda da o, Tramp administrasiyası ilə Rusiya prezidentliyi arasında əsas ünsiyyət kanalı kimi gündəmdədir.

Vitkoff Manhettenin Yuxarı Şərq tərəfində yaşayırdı. 1987-ci ildə o, hüquq firmasının əməkdaşı olan Lauren Jill Rappoportla evləndi və 2019-cu ildə Nyu-Yorkdan Floridaya köçdü və Mayami-Biçdə məskunlaşdı.

Onların üç oğlu olub. 2011-ci ildə onların 22 yaşlı oğlu Endryu narkotik maddənin istifadəsi zamanı doza həddini aşdığına görə ölüb. Zak isə kriptovalyuta şirkəti olan “World Liberty Financial”-ın həmtəsisçisidir. Onların kiçik oğlu Alexander isə “Witkoff Group”-un baş direktorudur.

Elbəyi Həsənli. Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri