Stokholm Arbitraj Tribunalı Karapetyan ailəsinin bütün iddialarını tamamilə rədd etdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Stokholm Arbitraj Tribunalı "Liormand Holdings Limited", Samvel Karapetyan, Eteri Karapetyan, Sargis Karapetyan və Karen Karapetyan tərəfindən 2025-ci il dekabrın 24-də verilən vəsatəti tamamilə rədd edib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, vəsatətdə, digər məsələlərlə yanaşı, Arbitraj Tribunalı tərəfindən Fövqəladə Arbitrajın 22 iyul 2025-ci il tarixli EA 2025/121 saylı iş üzrə "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) QSC-nin lisenziyasının və onun idarəetmə orqanlarının səlahiyyətlərinin bərpa edilməsi və təyin olunmuş müvəqqəti menecerin səlahiyyətlərinə xitam verilməsi barədə qərarına Ermənistan Respublikasının riayət etməməsi faktınının təsdiqlənməsi tələb olunurdu. Bundan əlavə, tribunalın EEŞ səhmlərinin və ya digər aktivlərin məcburi satışını, özgəninkiləşdirilməsini və ya digər şəkildə satılmasını qadağan etməsi tələb olunurdu.
Arbitraj məhkəməsi bütün bu iddiaları tamamilə rədd edib və iddiaçıların tələb etdiyi tədbirlərin əsassız olduğu qənaətinə gəlib.
Arbitraj məhkəməsi, həmçinin bu qərara gəlib ki, bu vəsatət baxılması ilə bağlı bütün xərclər tamamilə iddiaçılar tərəfindən ödənilməlidir.
Bu qərar arbitraj prosesinin bütövlüyünün və hərtərəfliliyinin qorunması təmin edir və sonrakı hər hansı qərarın işə dair bütün sübutlar əsasında və arbitraj məhkəməsinin öz yurisdiksiyasına və tətbiq olunan qanunvericiliyə dair qiymətləndirməsinə uyğun olaraq qəbul ediləcəyinə zəmanət verir.
Ermənistan Respublikası mübahisənin "fövqəladə arbitr" tərəfindən deyil, mahiyyəti üzrə həll edilməsi səlahiyyətinə malik arbitraj məhkəməsinin bu qərarını alqışlayır.
Ermənistan Respublikası yüksək peşəkarlıq və prosesə tam şəkildə hörmət edilməsi ilə arbitraj prosesində iştirak etmək öhdəliyini təsdiqləyir, öz mövqelərini və maraqlarını ardıcıl şəkildə müdafiə edir, eləcə də iddiaçılar və Arbitraj Tribunalı ilə konstruktiv qarşılıqlı əlaqəni davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















