Stoltenberq: NATO Ukraynaya görə üçüncü dünya müharibəsini başlamayacaq
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şimali Atlantika Alyansı Ukraynaya görə Rusiya ilə üçüncü dünya müharibəsinə başlamayacaq.
APA xəbər verir ki, bunu NATO-nun sabiq baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq The Sunday Times qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Volodimir Zelenski Ukraynanın hava məkanının bağlanmasını xahiş etdikdə, Stoltenberq bu tələbi rədd edib, çünki bu addım münaqişənin qlobal müharibəyə çevrilməsi riskini artırardı.
“O vaxt ABŞ prezidenti olan Baydenin də dediyi kimi, biz Ukraynaya görə üçüncü dünya müharibəsi riskinə getməyəcəyik. Məqsədimiz Perl-Harbor kimi hadisə ilə üzləşmək və bütün alyansın birbaşa müharibəyə cəlb olunması deyil. Buna görə biz Ukraynaya dəstək verməyə davam edirik ki, onlar döyüşə bilsinlər, lakin NATO qüvvələrini göndərmək və Rusiyayla birbaşa hərbi qarşıdurmaya girmək niyyətində deyilik,” – deyə Stoltenberq vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Noyabr 2025 04:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















