Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 may, AZƏRTAC
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa mübarizədə qaliblər müəyyənləşib. Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa çatıb.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq qoşa yarışlarda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına layiq görülüb. Xatırladaq ki, yarışın ilk günlərində keçirilən komanda turnirində kişilərin mübarizəsi “Bakı-1” komandasının, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnmişdi. Fəxri kürsüyə qalxan idmançılara AGİN-nin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.


