Stolüstü tennisçimizin dünya rekordunu yeniləmək cəhdi uğurlu alınıb
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, Azərbaycan seçmə komandasının üzvü bu gün “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.
O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirib.
Nihad Məmmədovun göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək.
Qeyd edək ki, sözügedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu debüt ediblər Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb Berlin turnirində iki medal Stolüstü tennisçilərimiz Avrasiya Liqasında çıxış edəcək Stolüstü tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:243
Bu xəbər 12 Aprel 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















