Icma.az
close
up
RU
Stomatologiyada “kreditlə gülümsəmə” Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” Diş müalicələri niyə bahalaşır?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Diş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, bir çox insan müalicəni maddi səbəblərdən gecikdirir. Xüsusilə son illər stomatoloji xidmətlərin qiymətləri ilə bağlı narazılıqlar daha da artıb. Belə ki, bir diş çəkilməsinin qiyməti 50 manata, hətta bəzi klinikalarda 80-120 manata qədər qalxa bilir. Diş müalicələri isə 80-200 manat arasında dəyişir.
Cərrahi müdaxilələr daha geniş və mürəkkəb spektri əhatə edir. Sadə diş çıxarılmasından tutmuş implantasiya kimi yüksək texnoloji prosedurlara qədər fərqli xidmətlər bu qrupa daxildir və qiymətlər də buna uyğun olaraq dəyişkəndir.
Estetik stomatologiya isə son illər daha çox diqqət çəkən sahələrdən biridir.
Vinirlər, dişlərin ağardılması və zirkon qapaqlar kimi prosedurlar yalnız sağlamlıq deyil, həm də vizual nəticə hədəflədiyi üçün ən yüksək qiymət kateqoriyasına aid edilir. Bu xidmətlərin yüksək qiyməti səbəbindən bəzi insanlar hətta onları kredit hesabına etdirməyə məcbur qalırlar.
Vətəndaşlar eyni prosedurun müxtəlif klinikalarda fərqli qiymətlərə təklif olunmasının səbəblərini, eləcə də bu sahədə qiymətlərin hansı prinsiplərlə müəyyənləşdirilməsi ilə bağlı tez-tez maraqlanırlar.
Bəs diş çəkimi və müalicə xidmətləri niyə bahadır? Qiymətlərə nə təsir edir və bu sahədə hər hansı tənzimləmə mexanizmi mövcuddurmu?
Tibb üzrə ekspert Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, problemin əsas səbəbi lazım olan vasitələrin xarici ölkələrdən gətirilməsidir:
“Hazırda demək olar ki, bütün sahələrin qiymətlərinin bahalığına narazılıq var. Bu, səhiyyə sahəsinə, o cümlədən stomatologiyaya da aiddir.
Çünki istifadə olunan materialların və ləvazimatların hamısı əsasən xaricdən gətirilir. Dünyada baş verən ümumi problemlərin qiymət artımına təsiri tibb sahəsinə də sirayət edir. Ona görə də bu, artıq tək stomatologiyanın yox, ümumilikdə bütün sahələrin ciddi problemidir. Ancaq təbii ki, bu məsələdə müəyyən qədər insaf da vacibdir”.
Ekspert qeyd edir ki, dünyada müxtəlif təsərrüfat və istehsal prosesləri ilə bağlı vəziyyət dəyişməsi və tənzimlənmə mexanizmləri də mühüm səbəblərdəndir.
“Müharibələr gedir, qarşıdurmalar artır, keyfiyyətsiz məhsullar, tikinti materialları, dərmanlar, qida və su ilə bağlı problemlər yaranır, ətraf mühit çirklənir. Təbii olaraq bunların fonunda xəstəliklər də artır və nəticədə insanların həyat şəraitində problemlər dərinləşir.
 

Qiymətlərin bu səviyyədə qalmasının bir səbəbi də özəl klinikalardır. Burada əsas məqsəd çox vaxt daha çox qazanc əldə etmək olur və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.


Digər mühüm məqam isə tənzimləmə mexanizmləridir. Tarif Şurasının rolu və eyni zamanda sığorta təbabətinin geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sığorta sisteminin düzgün işləməsi həm vətəndaşın xərclərini azaldır, həm də qiymətlərin daha stabil formalaşmasına şərait yaradır”.
A.Əliyev vurğulayır ki, nə qədər ölkəmizdə dərmanlarımızı, klinikalarda istifadə olunan vasitələri və digər tibbi məhsulları istehsal etməyəcəyik, qiymət artımından narazılıq da davam edəcək.
Onun sözlərinə görə, çıxış yolu həm dövlət tənzimləməsi, həm də sığorta təbabətinin real şəkildə genişlənməsi və effektiv işləməsidir.
Xədicə Paşayeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri