Stomatoloq: “Diş problemləri mədə bağırsaq xəstəliklərinə...”
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Ağız boşluğunun sağlamlığı ilə mədə-bağırsaq sistemi arasında qarşılıqlı əlaqə mövcuddur”.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu “MİA.RF” stomatoloji klinikalar şəbəkəsinin tibbi direktoru Maksim Labuxin deyib.
Onun sözlərinə görə, kariyes, pulpit və periodontit kimi diş xəstəlikləri ağız boşluğunda bakteriyaların artmasına şərait yaradır.
Ağız gigiyenasına düzgün əməl edilmədikdə həmin bakteriyalar qida ilə birlikdə həzm sisteminə daxil ola bilər.
O qeyd edib ki, ağız boşluğundakı iltihabi proseslər mədə-bağırsaq sisteminə əlavə yük yarada bilər:
“Eyni zamanda, əlaqə əks istiqamətdə də mümkündür. Belə ki, qastrit və qastroezofageal reflüks xəstəliyi zamanı mədə turşusunun ağıza geri qayıtması diş minasına zərər verə, onun aşınmasına, diş həssaslığının və kariyes riskinin artmasına səbəb ola bilər”.
Onun sözlərinə görə, bu səbəbdən uzunmüddətli mədə-bağırsaq şikayətləri və ya davamlı diş problemləri olan şəxslərin həm stomatoloq, həm də qastroenteroloq müayinəsindən keçməsi vacibdir.
Stomatoloq Rita Kruz de Souza isə ağız qoxusunu aradan qaldırmaq üçün bəzi xalq üsullarından istifadənin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Bildirib ki, limon suyu əlavə edilmiş su ilə ağız yaxalamaq diş minasına zərər verə bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















