Stomatoloq qəbulundan sonra ürəyində dəlik yarandı
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Moskvada diş implantasiyası etdirən şəxs gözlənilməz və ağır fəsadla üzləşib. Paytaxt sakini 62 nömrəli stomatoloji poliklinikada xəstə dişini çəkdirərək yerinə implant qoydurub.
Demokrat.az rusiya mətbuatına istinadla xəbər verir ki, prosedurdan doqquz ay sonra ilk dəfə ürəyin ultrasəs müayinəsindən keçən xəstə həyatının şokunu yaşayıb.
Kardioloq müayinə zamanı pasiyentin gizli infarkt keçirdiyini və ürəyində dəlik yarandığını müəyyən edib. Məlum olub ki, diş əməliyyatı zamanı qana düşən bakteriyalar ürək qapaqlarında məskunlaşaraq toxumaları zədələyib. Zərərçəkmiş şəxs implantın keyfiyyətsiz olduğunu ehtimal etsə də, bakteriyaların steril paketdən çıxarılan konstruksiyaya necə yol tapdığı hələlik sirr qalıb.
Vəziyyəti ağırlaşan şəxs təcili xəstəxanaya yerləşdirilib. Cərrahlar onun ürəyində mürəkkəb əməliyyat apararaq aort və mitral qapaqları süni analoqları ilə əvəz ediblər. Hazırda reabilitasiya dövrünü keçən pasiyent hüquq-mühafizə orqanlarına müraciət edib. Tibb müəssisəsindən verilən məlumata görə, implantı quraşdıran cərrah artıq işdən kənarlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Futbolçunun ürəyində problem yarandı
12 Noyabr 2025 12:26
Aparıcının sualından sonra ürəyində problem yarandı
02 Mart 2026 21:33
Ürəyində problem yarandı, karyerasını bitirdi
06 Aprel 2026 18:27
Oskarın ürəyində problem yarandı Karyerasını bitirdi
06 Aprel 2026 17:10
Vaaqn Xaçaturyanın ürəyində problem yarandı, xəstəxanaya yerləşdirildi
11 Noyabr 2024 21:03
Baxış sayı:130
Bu xəbər 03 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları