Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Prezidentin 2015-ci il 21 dekabr tarixli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi ilə bağlı fərmanına əsasən mütləq lisenziya almalıdırlar. Fərdi qaydada stomatoloji fəaliyyət də lisenziya tələb olunan fəaliyyət növləri sırasındadır.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Bu səbəbdən, fərdi qaydada fəaliyyət göstərən stomatoloq, dövriyyəsindən asılı olaraq, gəlir vergisi və ya ƏDV ödəyicisi ola bilər.

Gəlir vergisi

Fərdi qaydada fəaliyyət göstərən stomatoloq gəlir vergisi ödəyicisi olmaqla il ərzində əldə olunan gəlirlərindən xərclərini çıxdıqdan sonra 20% dərəcə ilə gəlir vergisi ödəməlidir.

Misal 1: Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun il ərzində gəliri 60.000 manat, xərcləri isə 20.000 manat olub. Bu halda onun hesablanacaq gəlir vergisi aşağıdakı kimi olacaq:

60.000 – 20.000 = 40.000 manat;
40.000 x 20% = 8.000 manat (gəlir vergisinin məbləği).

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:

- proqram təminatının işlənməsi sahəsində xidmətlər;
- layihə-dizayn və dekorasiya xidmətləri;
- tərcümə xidməti;
- reklam xidməti;
- araşdırma və tədqiqat sahəsində fəaliyyət;
- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
- hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
- jurnalistlərin fəaliyyəti;
- bazar konyukturunun öyrənilməsi;
- qiymətləndirmə fəaliyyəti;
- avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
- turizm bələdçiliyi;
- xidmətlərin ixracı

Məcəlləninn 102.1.30-1-ci maddəsindən də göründüyü kimi, stomatoloq fəaliyyəti qeyd olunan siyahıda yoxdur. Bu səbəbdən də fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ili ərzində əldə etdiyi gəliri (xərclər nəzərə alınmadan) 45.000 manatadək olduğu halda belə, həmin fəaliyyətdən əldə etdiyi gəlirinin 75 faizi gəlir vergisindən azad olunmayacaq. Bəs hansı halda fərdi sahibkar kimi fəaliyyət göstərən stomotoloq 75 faizlik güzəşt hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni fərdi qaydada fəaliyyət göstərən stomatoloqun orta illik işçi sayı 3 nəfərdən az olmadıqda və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadıqda o, 75 faizlik vergi güzəştindən istifadə edə biləcəkdir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Misal 2: Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ilində hər ay üzrə minimum 3 işçi ilə aktiv əmək müqaviləsi olub və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri qanunvericiliyin tələblərinə uyğun qaydada ödənişlərini vaxtında həyata keçirib. Tutaq ki, təqvim ilində stomatoloqun gəlirləri 100.000 manat, xərcləri isə 60.000 manat təşkil edib. Bu halda fərdi sahibkarın gəlir vergisini hesablayaq:

100.000 – 60.000 = 40.000 manat;
40.000 – (40.000 x 75%) = 10.000 manat;
10.000 x 20% = 2.000 manat (gəlir vergisinin məbləği).

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 01.01.2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə ödənilən məbləğə uyğun olaraq stomatoloq tərəfindən mütləq nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Stomatoloqun sosial ödənişləri

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
- sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

Misal 3: Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən stomatoloqun 2025-ci ilin yanvar ayı üzrə sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:

Minimum aylıq əmək haqqı x 25%;
400 x 25% = 100 manat.

Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən stomatoloqlar üçün bu məbləğ 90 manat, digər şəhərlərdə 80 manat, rayon mərkəzləri və qəsəbələrdə 60 manat, kəndlərdə isə 50 manat təşkil edir.

Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3 maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:

400 x 4% = 16 manat.

©vergiler.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 May 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri