Icma.az
close
up
RU
“Strateji baxımdan Rusiya məğlubiyyətə uğrayıb” General polkovnikdən Putinə sərt ittihamlar

“Strateji baxımdan Rusiya məğlubiyyətə uğrayıb” General polkovnikdən Putinə sərt ittihamlar

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məşhur rus hərbçisi, general-polkovnik Leonid İvaşov Rusiya rəhbərliyini sərt tənqid edib və Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibənin təxminən 1400 gününü qiymətləndirib.

Uzun illər Ümumrusiya Zabitlər Məclisinin sədri olmuş İvaşov 2022-ci il mayın 19-da bu vəzifədən istefa verib. O, “Xüsusi Hərbi Əməliyyat” başlamazdan əvvəl Kremlin mümkün fəlakətli nəticələr barədə xəbərdar edildiyini xatırladıb.

İvaşovun sözlərinə görə, Rusiya nə əməliyyat-taktiki, nə də strateji səviyyədə uğur qazana bilib. O bildirib ki, strateji baxımdan Rusiya bütün istiqamətlər üzrə məğlubiyyətə uğrayıb.

General ölkədə sənayenin demək olar ki, bütün sahələrinin dağıdıldığını, elmin kritik vəziyyətə düşdüyünü, təhsil sisteminin isə tamamilə çökdüyünü vurğulayıb. Onun fikrincə, məhkəmə sistemi yüksək səviyyədə korrupsiyalaşıb və böyük korrupsiya qalmaqallarında iştirak edənlərin əksəriyyəti hakim “Yedinaya Rossiya” partiyasının üzvləridir.

İvaşov həmçinin qiymətlərin sürətlə artmasının əhalinin kəskin yoxsullaşmasına səbəb olduğunu, səhiyyə xərclərinin regionlarda azaldıldığını və tibb sisteminin məhv edildiyini bildirib. Qida məhsullarının keyfiyyətinin pisləşdiyini deyən general, palma yağının geniş istifadəsi səbəbindən Rusiyada qidanın təhlükəli hala gəldiyini qeyd edib.

Demoqrafik vəziyyətə toxunan İvaşov Rusiyanın “yalnız tələfat göstəricilərində lider” olduğunu deyib. Onun sözlərinə görə, müharibə xüsusilə kişilərin kütləvi şəkildə məhv olmasına gətirib çıxarır.

General Rusiyanın beynəlxalq arenada ciddi şəkildə təcrid olunduğunu, faktiki müttəfiqlərinin yalnız Şimali Koreya və Belarus olduğunu, lakin onların real dəstək vermədiyini bildirib. Çinin də Rusiyanın müttəfiqi olmadığını deyən İvaşov bunun Kremlin təbliğatı olduğunu vurğulayıb.

Vladimir Putini birbaşa ittiham edən İvaşov bildirib ki, ölkədə şəxsiyyət kultu formalaşıb və prezident reallıqdan uzaq bir dünyada yaşayır. Onun fikrincə, iqtisadiyyatdan tutmuş müharibəyə qədər bütün uğursuzluqların əsas məsuliyyəti Putinin üzərindədir.

İvaşov sonda xəbərdarlıq edib ki, Ukrayna ilə müharibədə strateji məğlubiyyət Rusiyanın süqutuna səbəb ola bilər.

Qeyd edək ki, Leonid İvaşov 2022-ci ildən etibarən Ukraynada hərbi əməliyyatlara açıq şəkildə qarşı çıxıb və bu müharibənin Rusiyanın mövcudluğunu təhlükə altına qoyacağını bəyan edib.

Rasim Əliyev

"AzPoıitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Dekabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri