Icma.az
close
up
RU
Strateji əhəmiyyət kəsb edib böyük qələbəni yaxınlaşdıran Qubadlı əməliyyatı Şərh

Strateji əhəmiyyət kəsb edib böyük qələbəni yaxınlaşdıran Qubadlı əməliyyatı Şərh

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Qubadlının işğaldan azad edilməsindən 5 il ötür. Qubadlının işğaldan azad edilməsi böyük strateji əhəmiyyətə kəsb edirdi. Bu rayonun işğaldan azad edilməsi isə Şuşanın işğaldan azad edilməsini və işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə düçar edərək böyük Qələbəni sürətləndirdi”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Qubadlı rayonu çox mühüm strateji əhəmiyyətə malik bir bölgədə yerləşir. “Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı bir tərəfdən qərb tərəfdən Zəngəzur, şərq tərəfdən Qarabağ dağları ilə əhatə olunan və 120 km-lik Ermənistanla birbaşa sərhədə malikdir. Ordumuz Qubadlını işğaldan azad etməklə Ermənistanla birbaşa 120 km-lik sərhədə, eyni zamanda Laçının cənub istiqamətində sərhədə çıxması strateji əhəmiyyət kəsb edən əraziyə nəzarət etmək imkanı qazanmaqla düşmən ordusu üzərində böyük üstünlüklər qazandı. Bu qələbə düşmən ordusunu ağır mənəvi-psixoloji duruma salmaqla Azərbaycan Ordusunun növbəti uğurlu hərbi əməliyyatlarını davam etdirib Şuşanın azad edilməsinə yeni imkanlar açdı. Məhz Qubadlının işğaldan azad edilməsindən sonra Azərbaycan Ordusunun erməni hərbi birləşmələrini ard-arda darmadağın edib Şuşa istiqamətində sürətli hərbi əməliyyatları davam etdirməyə başlaması mümkün oldu. Çünki Ermənistan istiqamətindən Ordumuzun irəliləməsinə mane ola biləcək hərbi hərəkətlərin qarşısı alınmışdı. Bununla da düşmən ordusunun davamlı təminatında problemlər yarandı. Bu da öz növbəsində Ordumuzun uğurlu əməliyyatını davam etdirməyə yeni imkanlar qazandırdı. Qubadlının işğaldan azad edilməsindən qısa zaman sonra – noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə düşməni ağır məğlubiyyətə uğradaraq ağ bayraq qaldırmasına vadar etdi”, - deputat qeyd edib.

Deputat əlavə edib ki, Qubadlının işğaldan azad edilməsi bütün mənalarda Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edirdi:

"Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. Əminliklə deyə bilərəm ki, biz yenidən Qubadlını Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevirəcəyik. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. İşğaldan azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev Qubadlıya dəfələrlə səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir və bu rayonun inkişafı ölkə iqtisadiyyatının daha da güclənməsinə öz töhfəsini verəcək.

İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri