Icma.az
close
up
RU
Strateji mövqedə yerləşən Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Strateji mövqedə yerləşən Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Strateji mövqedə yerləşən Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Azərbaycanın füsunkar guşələrindən olan və strateji cəhətdən əlverişli mövqedə yerləşən Laçın rayonu dörd il əvvəl erməni hərbi birləşmələrinin işğalından azad edilib. 2020-ci ilin Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxdı və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu. Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən və öz əzəli sahibinin nəzarətinə keçdi.

AZƏRTAC Laçının işğaldan azad edilməsi prosesinə, hadisələrin gedişinə və son dörd ildə rayonda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə bir daha nəzər salır.

Gözəlliklər yurdu, igidlər məskəni

Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonda 65 min nəfər əhali yaşayırdı. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 67 nəfər itkin düşüb, yüzlərlə uşaq valideynlərindən birini, 31 uşaq isə hər iki valideynini itirib. 65 nəfər girov götürülüb, 103 nəfər sağlamlığını itirib.

İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Onların sırasında VI əsrə aid Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da var.

İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib. 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğu və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına işğal dövründə çox böyük ziyan vurulub.

Göyə ucalan bayraq

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi sonuncu rayonu tərk etməsi və milli qoşun birləşmələrinin bölgəyə girməsi ilə Laçın şəhəri üçün yeni mərhələ başlanıb. Nəhayət, sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Çox keçmədən Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə ötən il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bununla da proses öz məntiqi sonluğuna çatdı.

Bunun davamı olaraq, Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin etmək məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Qarabağ bölgəsində separatçı-terrorçuların 10 mindən çox canlı qüvvəsi, 200-dən çox texnikası təslim edildi. Sentyabrda aparılan antiterror tədbirlərindən sonra Laçının daha bir neçə kəndi Azərbaycanın nəzarətinə keçdi.

Dağlar qoynuna həyat yenidən qayıdır

İşğaldan azad edildikdən sonra dörd ilə yaxındır ki, rayon ərazisində möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir, böyük tikinti-abadlıq işləri aparılır. Laçına həyat yenidən qayıdır. Prezident İlham Əliyevin rayona ilk səfəri zamanı Güləbird Su Elektrik Stansiyası işə salındı. Həmin stansiya təxminən 7 min nəfər əhalini, həmçinin Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidəki digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Hazırda uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Prezidentin Laçına səfərləri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin, Şəlvə və Güləbird kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub.

Doğma yurda dönən ilk sakinlərin sevinci

Laçında keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq dədə-baba yurdlarına qayıdırlar.

Laçın şəhərində genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin may ayına təsadüf edib. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər.

Bundan başqa, rayonun Zabux kəndinə və Sus kəndinə sakinlərin qayıdışı təmin olunub. Köçürülən ailələrin vaxtilə yaşadıqları, işğala son qoyulandan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Hazırda həmin proses uğurla davam edir.

Laçın tikilir, qurulur və gözəlləşir

Rayonda bərpa-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatə edilən şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də istifadəyə veriləcək. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkəti təmin ediləcək.

Prezident İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Həmçinin istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır və rayonun tarixi ənənələrinə əsaslanır.

Yeni sosial obyektlər və yaşayış ünvanları

İndi Laçın rayonu özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ardıcıl və kompleks tədbirlər həyata keçirilir. Düşmənin Laçına vurduğu yaralar aradan qaldırılır, həyat yenidən əvvəlki məcrasına qayıdır.

Dövlətimizin başçısının hər səfəri rayonun həyatında əlamətdar hadisəyə çevrilir. Keçən il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Rayonda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.

İndi minlərlə Laçın sakini rayonda məskunlaşıb və yeni evlər inşa olunur. Yəni, daha bir neçə min şəhər və kənd sakini doğma ocağına dönəcək. Bu, böyük xoşbəxtlik, rayon sakinlərinin həyatında unudulmaz və tarixi hadisədir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 01 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see295

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see194

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see131

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see123

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri