Icma.az
close
up
RU
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Kollegiya iclası keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Kollegiya iclası keçirilib

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Müşavirə dövlət himninin səsləndirilməsi ilə başlanmış və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. 

"Unikal" xəbər verir ki, agentliyin rəisi general-mayor İlqar Abbasov müşavirədə çıxış edərək geridə qoyduğumuz 2024-cü ilin Ölkəmiz üçün uğurlu və mühüm siyasi, sosial və mədəni tədbirlərlə zəngin illərdən biri olduğunu bildirib.

Belə ki, bu il Zəfər seçkiləri kimi tarixə yazılmış, şübhəsiz ki, ilin ən yaddaqalan hadisəsi fevralın 7-sində müstəqil Azərbaycanın tarixində ilk dəfə respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş şəraitdə, işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla, keçirilmiş prezident seçkiləri olub. Bunun ardınca VII çağırış Milli Məclisə seçkilər də 2024-cü ilin ən əlamətdar hadisələrindən biridir. Ölkəmizdə mühüm beynəlxalq tədbirlər keçirilmiş, bunlardan ən əhəmiyyətlisi BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) olub. Ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi də öz növbəsində fəal iştirak etmiş və mühafizənin etibarlı təmini sahəsində xidməti vəzifə borclarını layiqincə və qüsursuz yerinə yetirdiklərinə görə Agentliyin rəisinə və Mühafizə idarəsinin 15 hərbi qulluqçusuna Cənab Prezidentin adından təşəkkürnamə verilib. 

2024-cü il ərzində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən ixrac neft və qaz boru kəmərlərinin, o cümlədən, mühafizə olunan şəxslərin və obyektlərin mühafizəsinin Agentliyin Əsasnaməsi ilə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində mühafizəsi təmin edilmiş, mühafizə olunan şəxslərə və obyektlərə qarşı yönələ biləcək terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması, yeni yaradılmış qurum kimi Agentliyin fəaliyyətinin formalaşdırılması və şəxsi heyətinin komplekləşdirilməsi  üçün  zəruri işlər görülüb. 

İxrac neft və qaz boru kəmərlərinin  «mühafizə zonaları»nda mühafizə qaydalarını pozan 5377 nəfər (onlardan 18 nəfəri xarici vətəndaş) saxlanılmış, onlardan 5361 nəfərinə xəbərdarlıq edilib, 15 nəfəri isə ərazi aidiyyəti üzrə tədbir görülməsi üçün polis şöbələrinə təhvil verilib. 

Ötən illə müqayisədə saxlanılanların sayı 462 nəfər, xarici vətəndaşların sayı 2 nəfər azalıb. Bütün şübhəli halların aidiyyəti üzrə tam araşdırılması təmin edilməklə ixrac boru kəmərlərinin təhlükəsizliyinə xələl gətirəcək hallar qeydə alınmayıb. 

Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2024-cü ildə də davam etdirilib. Ümumilikdə, 2024-cü il ərzində cəmi şəxsi heyət üzrə 245 əmr və 273 nizami hissə üzrə əmr imzalanıb. 

2024-cü il ərzində 37 nəfər olmaqla, son 2 ildə, ümumilikdə 85 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib. 

Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 360 nəfər hərbi qulluqçusu mükafatlandırılıb. 12 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 

2024-cü il ərzində 45 hərbi qulluqçu intizam qaydalarını pozduqlarına görə barələrində intizam cəzaları tətbiq edilib. Onlardan 5 müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti uyğunsuzluğa, 1 gizir hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiklərinə görə, cəmi 6 hərbi qulluqçu İntizam Nizamnaməsinə müvafiq olaraq xidmət müddətləri başa çatmadan həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 

Diqqətə çatdırılıb ki, Agentliyin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində il ərzində zəruri işlər görülüb, Agentliyin hərbi qulluqçularının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara həvəsləndirmə sistemi üzrə aylıq ödənişlərin verilməsi, Agentliyin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin Fərmanı, eləcə də  hərbi qulluqçuların tibbi təminatı barədə Nazirlər Kabinetinin Qərarı qəbul edilib. İdarə və şöbələrə aid 4 əsasnamə və 9 təlimat hazırlanmış, digər dövlət qurumlarından daxil olmuş qanun, fərman və qərar layihələrinə  dair 87 rəy, təklif və cavablar verilmişdir.

Qeyd edilən dövr ərzində ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonasında işlərin görülməsi üçün 192 fiziki şəxsin, 83 dövlət orqanı və hüquqi şəxslərin müraciətlərinə baxılaraq cavablar verilib. 86 pilotsuz uçuş aparatlarının (PUA) idxal və istifadə edilməsi ilə bağlı müraciətə baxılaraq cavablar verilib. Onlardan gələcəkdə dövlət, peşə və şəxsi sirrin qorunmasına təhlükə yarada biləcək səbəblərdən 48 müraciət üzrə PUA-ların idxal və istifadəsinə mənfi rəy verilib. Həmçinin, belə halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərilib. 

Agentlik rəisinin əmri ilə 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Tbilisi şəhərində keçirilən “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təliminin müxtəlif mərhələlərində ümumilikdə 7 nəfər hərbi qulluqçunun iştirakı təmin edilib. 

Əldə olunmuş razılığa əsasən il ərzində Jandarma Baş Komandanlığının aparıcı tədris müəssisələrinə müxtəlif kurslarda və təlimlərdə iştirаk etmək üçün Agentliyin 76 nəfər hərbi qulluqçusu Türkiyə Respublikasına ezam olunublar. 

2024-cü ildə Agentliyin maddi texniki bazasının gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb. İtaliyanın müvafiq şirkəti ilə bağlanılmış müqaviləyə əsasən silahlar, bundan başqa, xidməti zərurəti ilə əlaqədar 80 ədəd nəqliyyat vasitələri alınmışdır. Həmçinin, Qaradağ rayonu ərazisində 2.45 hektar torpaq sahəsinin Agentliyin balansına götürülməsi ilə əlaqədar zəruri işlər görülmüşdür. Agentliyin yeni inzibati binasında təmir işləri başa çatmaqdadır.

Çıxışının sonunda Agentliyin rəisi, general-mayor İlqar Abbasov vurğulayıb  ki, Agentliyin rəisi kimi öz adından və kollektivin adından Möhtərəm cənab Prezidenti əmin etmək istəyirik ki, bundan sonra da Agentliyin fəaliyyətinin Möhtərəm cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında dövlətçiliyimizin qorunması, dövləti əhəmiyyətli obyektlərin və ali vəzifəli şəxslərin mühafizəsinin təmin edilməsi sahəsində əlimizdən gələni əsirgəməyəcəyik. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən bu quruma göstərilən etimadı doğrultmaq üçün var gücümüzlə çalışmalı və işimizlə nümunə olmalıyıq. Bunun üçün hər bir idarə, şöbə rəisi və əməkdaşlar məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifələri layiqincə və vaxtında yerinə yetirməli, müşavirədə sadalanan nöqsanların aradan qaldırılmasını təmin etməlidir. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Cənab Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılmasında daim fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət göstərməlidir.

Müşavirədə il ərzində görülmüş işlərə dair regional idarə rəislərinin hesabat-məruzələri dinlənilib, Agentliyin Aparatının idarə rəisləri çıxış ediblər. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Fevral 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri