Icma.az
close
up
RU
Strateji Xartiya və yeni perspektivlər

Strateji Xartiya və yeni perspektivlər

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin mətbuata bəyanatı isə Azərbaycan-ABŞ əməkdaşlığının hazırkı vəziyyətini, strateji mahiyyətini və gələcək perspektivlərini kompleks şəkildə ortaya qoyması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dinamikanın sürətlə dəyişdiyi, təhlükəsizlik risklərinin artdığı, yeni iqtisadi və siyasi reallıqların meydana çıxdığı bir şəraitdə Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın dərinləşdirilməsi regional və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə və bərabərhüquqlu tərəfdaşlıq yanaşmasına əsaslanır ki, bu da həm iki ölkənin maraqlarına, həm də regionda dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışında ABŞ ilə münasibətlərə verilən önəm xüsusi vurğulanmış, Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarlıq ifadə edilmişdir. Dövlət başçısının “dünyanın ən güclü dövləti ilə strateji tərəfdaş olmaq bizim üçün böyük şərəfdir” fikri münasibətlərin uzunmüddətli və dayanıqlı xarakterini aydın şəkildə əks etdirir.
Bəyanatın diqqət çəkən istiqamətlərindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP layihəsi ilə bağlıdır. Prezident İlham Əliyev bu təşəbbüsü regional əməkdaşlığın genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirib. Layihənin nəqliyyat-logistika əlaqələrinin inkişafına, yeni iqtisadi marşrutların formalaşmasına və qarşılıqlı faydalı tərəfdaşlıq modelinin təşviqinə töhfə verdiyi qeyd olunub.
Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri, xüsusilə də Strateji Xartiyanın imzalanması kontekstində, ikitərəfli münasibətlərdə tarixi hadisə hesab edilir. Strateji Xartiya əməkdaşlığın hüquqi-institusional bazasını gücləndirir, prioritet istiqamətləri müəyyənləşdirir və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı çərçivə formalaşdırır. Səfər çərçivəsində aparılan müzakirələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni mərhələyə yüksəldərək, Azərbaycan-ABŞ münasibətlərinin dərin strateji məzmununu daha da gücləndirmişdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bəyanatı və ABŞ Vitse-prezidentinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın güclü siyasi iradə ilə dəstəkləndiyini və regionda sülh, sabitlik və rifah naminə birgə fəaliyyətin davam etdiriləcəyini təsdiq edir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri