Icma.az
close
up
RU
Stress sevinc hissini necə zəiflədir?

Stress sevinc hissini necə zəiflədir?

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

San-Fransiskodakı Kaliforniya Universitetindən Mazen Kheirbek və onun həmkarlarının apardığı araşdırma, stresin beyin dövrələrinə təsir edərək anhedoniyaya (həzz alma qabiliyyətinin itməsi) səbəb olduğunu göstərir. Bu tapıntılar depressiya müalicəsində yeni yanaşmalar təklif edə bilər.

“Nature” jurnalı xəbər verir ki, tədqiqat siçanlar üzərində aparılıb. Siçanlara adi və şəkərli su arasında seçim imkanı verilib. Adətən siçanlar şəkərli suya üstünlük verirlər. Lakin stresə məruz qalan bəzi siçanlar adi suya üstünlük verməyə başlayıblar. Tədqiqatçılar bu davranışı anhedoniyanın gəmiricilərdəki versiyası kimi qiymətləndiriblər. Stresə davamlı siçanların amigdala və hipokampus arasındakı neyron əlaqələrinin güclü olduğu, anhedoniyaya həssas olan siçanlarda isə bu əlaqələrin zəifləmiş olduğu müəyyən edilib.

Tədqiqatçılar hipokampus və amigdala arasındakı zəif əlaqəni bərpa etmək üçün siçanların beyninə neyronların tezliyini artıran xüsusi birləşmələr vurublar. Bu müdaxilədən sonra siçanlar yenidən şəkərli suya üstünlük verməyə başlayıblar və onların beyin fəaliyyəti, stresə davamlı siçanların beyin fəaliyyəti ilə oxşar olub. Bu, stresin təsirlərini aradan qaldırmaq üçün beyin neyronlarının stimullaşdırılmasının mümkünlüyünü göstərir.

Anhedoniya depressiya, şizofreniya və parkinson kimi nevroloji və psixiatrik pozğunluqlarla əlaqələndirilir. Ağır depressiya xəstələrinin təxminən 70 faizində bu simptom müşahidə olunur. Kanadanın McGill Universitetindən nevroloq Rose Bagot qeyd edir ki, anhedoniya təkcə həzz ala bilməmək deyil, həm də davranış qabiliyyətinin dəyişməsi ilə bağlıdır.

Tədqiqat zamanı diqqətçəkən məqamlardan biri də stresə məruz qalan siçanlarda travmanın aşkarlanmasıdır. İstirahət edən siçanlarda amigdalanın müəyyən bir hissəsində spontan neyron fəaliyyətinin artması stress tarixçəsi olan heyvanlarla əlaqələndirilib. Bu, stressin səbəb olduğu davranışlardan daha etibarlı göstərici hesab edilir.

Araşdırmanın müəllifləri emosiyaların tənzimlənməsində əsas rol oynayan prefrontal korteksin də öyrəniləcəyini bildirirlər. Bu tədqiqat stressin beyin dövrələrini necə dəyişdirdiyini və anhedoniyanın necə yarandığını anlamağa kömək edir. Tapıntılar, depressiya və digər psixi xəstəliklərin müalicəsində beyin neyronlarının stimullaşdırılması əsasında yeni metodların inkişaf etdirilməsi üçün perspektivlər açır. Eyni zamanda, beynin müqavimət və həssaslıq mexanizmlərini öyrənməklə, insanların stresə qarşı davamlılıq qabiliyyətini artırmaq üçün yeni yollar aça bilər. (Azərtac)

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri