Icma.az
close
up
RU
Striminq audiokitablar İsveç bazarında kağız kitabları əvəz edir

Striminq audiokitablar İsveç bazarında kağız kitabları əvəz edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 19 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

2025-ci il İsveçin kitab sənayesi üçün dönüş nöqtəsi ola bilər: proqnozlaşdırılır ki, striminq audiokitablar gəlir baxımından nəşr edilmiş kitabları üstələyəcək.

AZƏRTAC xəbər verir ki, ötən ilin statistik məlumatlarına əsasən, “Storytel”, “Bookbeat” və “Nextory” kimi rəqəmsal platformalar genişlənməkdə davam edir, ənənəvi kitab mağazaları isə yüksək satış rəqəmlərinin qorunub saxlanmasına baxmayaraq, bazar payını itirir.

Tədqiqatçıların fikrincə, artan qütbləşmə müşahidə olunur: oxucular getdikcə daha çox janrdan asılı olaraq format seçirlər. Populyar ədəbiyyat - trillerlər, detektivlər, romantika - audio formatda fəal şəkildə istifadə olunur. Eyni zamanda, şeir, esse və “yüksək ədəbiyyat” getdikcə daha çox kağız kitab və kitab mağazaları ilə əlaqələndirilir.

Strininq xidmətlərinin nümayəndələri isə iddia edirlər ki, onlar birbaşa cildlənmiş kitablarla rəqabət aparmırlar, bütövlükdə istifadəçinin diqqəti uğrunda - sosial şəbəkələr, teleseriallar və podkastlarla mübarizə aparırlar.

“Biz rəqəmsal və fiziki formatların birgə mövcudluğuna inanırıq. Hər birinin öz funksiyası var”, - deyə “Nextory” qeyd edir.

Lakin, müəlliflərə pul ödənişi modeli İsveç Yazıçılar Birliyi tərəfindən tənqid doğurur. Onların fikrincə, mükafatlandırma çox aşağı və qeyri-sabitdir, alqoritmlərdən və kütləvi auditoriyanın üstünlüklərindən asılılıq isə nəşr olunan ədəbiyyatın dairəsini daraldır. Bundan başqa, çap olunmuş kitabın elit olacağı və daha geniş auditoriya üçün daha az əlçatan olacağı ilə bağlı narahatlıqlar da var.

Ekspertlər vurğulayırlar ki, kitab bazarının gələcəyi təkcə format seçimindən deyil, həm də onun ətrafında hansı mədəni məkanın formalaşacağından asılıdır. Striminq xidmətləri mütaliənin yayılması üçün yeni imkanlar açır, lakin eyni zamanda müəlliflər, naşirlər və oxucular qarşısında ədəbiyyatın keyfiyyəti, dərinliyi və əlçatanlığı ilə bağlı mühüm suallar qoyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri