Icma.az
close
up
RU
Stüardessa uşağa KitKat hədiyyə etdi uçuş zamanı az qala öləcəkdi

Stüardessa uşağa KitKat hədiyyə etdi uçuş zamanı az qala öləcəkdi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı qadın Qatar Airways aviaşirkəti ilə bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə, stüardessa süd məhsullarına və qoz-fındığa qarşı ağır allergiyası olan üç yaşlı qızına xəbərdarlığa baxmayaraq KitKat şokoladı verib. Uşaq dərhal anafilaktik şok keçirib və təcili şəkildə xəstəxanaya çatdırılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə bu ilin aprel ayında Vaşinqton–Doha istiqamətində uçan QR710 reysində baş verib.

Qızın anası Svata Nirokonda bildirib ki, qısa müddətlik tualetə getdiyi zaman stüardessadan uşağa göz-qulaq olmağı xahiş edib. Elə bu vaxt uşağa şokolad verilib. Ana qayıdanda övladının nəfəs ala bilmədiyini görü̈b. Onun sözlərinə görə, stüardessa narahatlığına gülüb və yardım çağırmayıb.

Ana uşağın həyatını özü xilas edib

Nirokonda dərhal özü ilə gətirdiyi EpiPen autoenjektoru ilə qızına adrenalin vurub. Buna baxmayaraq, ekipaj fövqəladə vəziyyət elan etməyib, tibbi bilikli sərnişinlərə müraciət etməyib və yerüstü həkimlərlə əlaqəyə çıxmayıb. Bu addımlar uçuş zamanı ciddi allergik reaksiyalar üçün standart prosedur hesab olunur.

Qızcığaz təyyarə enəndən sonra özünə gəlib və ana-bala səyahəti davam etdirərək Hindistana gediblər. Lakin orada uşaqda təkrar allergik tutma baş verib və o, reanimasiyaya yerləşdirilib.

Ailə 5 milyon dollar tələb edir

Ailənin hüquqşünasları Virciniya ştatında məhkəməyə müraciət edərək, Monreal Konvensiyasına istinad ediblər. Bu sənədə görə, aviaşirkətlər uçuş zamanı sərnişinlərin sağlamlığına dəyən ziyana görə məsuliyyət daşıyır. Belə hallarda adətən maksimum təzminat təxminən 170 min dollar olur. Lakin Nirokonda hadisəni “sadə səhv deyil, kobud səhlənkarlıq” kimi qiymətləndirərək 5 milyon dollar tələb edir.

ABŞ-da EpiPen tələbləri ilə bağlı müzakirələr yenidən alovlanıb

Hadisə ABŞ-da yenidən geniş müzakirələrə səbəb olub. Səbəb isə Federal Aviasiya Administrasiyasının təyyarələrdə EpiPen autoenjektorlarını məcburi avadanlıq siyahısına daxil etməməsidir. Hazırda təyyarələrdə yalnız epinefrin ampulları olmalıdır, lakin onlar yalnız tibbi personal tərəfindən vurula bilər. Mütəxəssislər bu qaydanın ciddi risk yaratdığını və dəyişdirilməsinin vacibliyini vurğulayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri