Stubb: Qlobal liberal nizam məhv olmaqdadır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Finlandiya prezidenti Aleksandr Stubb liberal dünya düzəninin öz yerini çoxqütblü rəqabətə verməsi ilə bağlı fikir bildirib. O qeyd edib ki, bu, inkişaf etməkdə olan ölkələrə dünya qaydalarını müəyyən etməyə imkan verib.
Bakıvaxtı.az xəbər verir ki, Stubb bunu "Foreign Affairs" jurnalındakı məqaləsində yazıb.
"Biz yeni nizamsızlıq dünyasında yaşayırıq. İkinci Dünya Müharibəsindən sonra yaranan liberal, qaydalara əsaslanan nizam indi məhv olur", - Stubb bildirib.
Onun fikrincə, çoxtərəfli əməkdaşlıq öz yerini çoxqütblü rəqabətə verir və "fürsətçi sövdələşmələr" beynəlxalq qaydaların qorunmasından daha vacib dəyərləndirilir.
Stubb həmçinin bildirib ki, dünyada "qlobal Qərb, qlobal Şərq və qlobal Cənub" arasında üçtərəfli qarşıdurma gedir. Finlandiya prezidenti hesab edir ki, yeni dünya nizamı nəhayət yaxın 5-10 il ərzində müəyyənləşəcək.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Dekabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















