Icma.az
close
up
RU
Su altındakı həyat təhlükədədir

Su altındakı həyat təhlükədədir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Çaylarda və göllərdə yaşayan canlılardan tutmuş bataqlıq ərazilərdə, dənizlərdə yaşayan bir çox canlıların həyatda qala bilməsi üçün su vacibdir. İnsanlar üçün su ehtiyatları təkcə sağlamlıq, qida, gəlir və enerji mənbəyi deyil, həm də vacib nəqliyyat marşrutları və istirahət məkanları üçün də əhəmiyyətlidir.

Yüz illərdir insanlar Avropanın su ehtiyatlarını qida məhsulları yetişdirmək, enerji istehsal etmək üçün istifadə edirlər. Avropanın iqtisadi və sosial inkişafının mərkəzində olan bu fəaliyyətlər suyun keyfiyyətinə, xüsusən də çaylara, təbii balıqların məskunlaşdığı ərazilərə və digər su canlılarına da ziyan vurub. Təəssüf ki, su bir çox hallarda atdığımız çirkab havaya, torpağa və suya qarışır, tullantılarımızın və kimyəvi maddələrimizin son dayanacağı elə su hövzələri olur.

Bir sözlə, suyun faydalarından istifadə etməkdə son dərəcə bacarıqlı olsaq da, bu, təbii mühitə və iqtisadiyyata baha başa gəldi. İndi bir çox su ekosistemləri və növləri təhlükə altındadır, çox növdə balıq populyasiyası azalıb, sahil eroziyası artmaqdadır. Nəticədə, bütün bu dəyişikliklər su ehtiyatlarını və onun sakinlərini ciddi formada təhlükə altına salır.

Çirklənmə, bütün dünyada olduğu kimi, Avropada şirin su ehtiyatlarına ziyan vurmağa davam edir. Bunun da nəticəsində su ekosistemləri, biomüxtəliflik itirilir, insanların sudan əldə etdiyi faydaları təhlükə altına alır. Yerüstü su ehtiyatları ilə bağlı əsas problemlərə kənd təsərrüfatının qida maddələrinin həddindən artıq çirklənməsi, havadan kimyəvi çirklənmə halları da daxildir.

İntensiv kənd təsərrüfatı, məhsuldarlığını artırmaq üçün kimyəvi gübrələrə ehtiyac duyur. Azot, təbiətdə bitkilərin inkişafı üçün zəruri olan bol kimyəvi elementdir. Lakin əkin üçün istifadə edilən azotun bir hissəsi bitkilərə getmir, torpaqda yığılıb qalır. Bunun bir sıra səbəbləri ola bilər, məsələn tətbiq olunan gübrə miqdarının bitkinin udduğundan çox olması və ya bitkinin böyümə dövründə tətbiq olunmaması. Artıq azot torpağa qarışaraq dolayı yolla su mənbələrinə nüfuz edə bilir.

Torpaqda yetişdirilən bitkilərə təsiri kimi, suda çox miqdarda azot yığılarsa müəyyən su bitkilərinin və yosunların həddindən çox böyüməsini artırır və bu, evtrofikasiya kimi tanınan bir prosesdir. Bu əlavə böyümə isə sudakı oksigeni istehlak edir və o su mənbəyində yaşayan digər canlılara zərər verir. Ancaq suya qarışan azot təkcə kənd təsərrüfatından deyil, sənaye obyektləri və ya dizel mühərrikli nəqliyyat vasitələri də atmosferə əhəmiyyətli miqdarda azotlu birləşmələr buraxa bilər və sonra bu birləşmələr torpaq və su səthlərində toplanır. Ağır metallar heyvanlarda və insanlarda öyrənmə, davranış və reproduktiv problemlər yaradır. Son illərdə antibiotiklər və antidepresanlar kimi əczaçılıq məhsullarının suda yaratdığı çirklənmə artıb, bunun su canlılarının hormonlarına və davranışlarına təsir etdiyi müəyyən edilib.

Avropa İttifaqına üzv dövlətlərin çirklənmə mənbələri ilə mübarizə, təbii yaşayış yerlərinin bərpası və bəndlərdə balıqlar üçün keçid yollarının yaradılması səylərinə baxmayaraq, son on ildə su ehtiyatlarının vəziyyəti yaxşılaşmayıb. Avropa çaylarında tikilən xeyli sayda bənd və su anbarlarını nəzərə alsaq, görülən tədbirlərin miqyası əhəmiyyətli irəliləyiş əldə etmək üçün yetərli olmaya bilər. O da mümkündür ki, biz bu tədbirlərin bəzilərinin yalnız uzunmüddətli perspektivdə nəzərəçarpacaq nəticələrini görə bilək, hazırda bir nəticə görməməyimiz də bununla bağlı ola bilər.

Bataqlıqlar Avropanın təhlükə altında olan ən vacib ekosistemlərindən biridir. Bataqlıqlar, su və torpaq kimi yaşayış yerlərinin görüşmə nöqtəsi kimi mühüm rol oynayır. Yaşamaq üçün bataqlığa ehtiyacı olan və təhlükə altında olan canlılar var. Avropa 1900-1980-ci illərin ortaları arasında torpaq drenajı səbəbindən bataqlıq ərazilərinin üçdə ikisini itirdi. Bu gün bataqlıqlar Aİ ərazisinin 2%-ni təşkil edir. Aİ-də bir çox su-bataqlıq yaşayış mühiti növləri qorunsa da, mühafizə statusunun qiymətləndirilməsi göstərir ki, bu yaşayış mühiti növlərinin 85%-i mənfi vəziyyətdə, 34%-i orta vəziyyətdə və 51%-i isə çox pis vəziyyətdədir.

Avropanın dənizləri müxtəlif dəniz orqanizmləri və ekosistemlərinə ev sahibliyi edir. Bunlar həm də vacib qida, xammal və enerji mənbələridir. Avropa dənizlərinin vəziyyəti haqqında hesabatlar göstərir ki, dəniz biomüxtəlifliyi hər gün daha da pisləşir. Üstəlik, dəniz biomüxtəlifliyi qeyri-adekvat olaraq qiymətləndirilir, növlər üzrə təyinatlar apararkən hər beş növdən dördü “naməlum canlı” kimi təsnif edilir. Dəniz Strategiyasının Çərçivə Direktivinə əsasən yaşayış mühitinin qiymətləndirilməsi mənfi vəziyyətin əsas səbəbləri arasındadır. Yəni vəziyyət həm də doğru qiymətləndirilmədiyi üçün canlılar təhlükə altındadır. Bütün bu səbəblərin nəticəsində də Baltik dənizi, Atlantik Okeanı şimal-şərqi, Aralıq dənizi və Qara dəniz əsaslı dəyişikliklərə məruz qaldı. Biomüxtəlifliyin itirilməsi bütün dəniz ekosisteminə və onun təmin etdiyi faydalara mənfi təsir göstərdi.

Avropa dənizlərinə köç edən ekzotik canlılar dəniz biomüxtəlifliyi üçün daha bir böyük təhlükə yaradır. Ekzotik növlərin populyasiyaları sürətlə artaraq dənizləri istila edir, bu da təbii ki yerli növlərin zərərinədir. İstilaçı ekzotik canlılar hətta bəzi balıq populyasiyalarının qarşısını alır. Bu böyük çətinliklərə baxmayaraq, dəniz ekosistemləri indiyədək dözümlülüyünü qoruyur. Nə qədər qoruya biləcək, bu sual altındadır.

Bütün təhlükələrin fərqində olan Avropa İttifaqının su siyasətinin əsas məqsədi, insanların və ətraf mühitin ehtiyaclarını ödəmək üçün kifayət edəcək miqdarda keyfiyyətli suyun mövcudluğunu təmin etmək olub. Əksi mümkün deyil, çünki su təhlükə altında qalmağa davam edəcəksə insanların və digər canlıların da həyatı ilə bağlı ciddi təhlükələr meydana gələcək. Bunu isə, heç kim arzulamır.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri