Su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb, 22 yaşlı oğlan axtarılır
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.

Bulvarda meyiti tapılan 22 yaşlı gəncin FOTOSU
08 Aprel 2025 17:15
Goranboyda qəzada ölən 22 yaşlı gəncin FOTOLARI
09 Fevral 2025 23:35
Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb
19 Mart 2025 15:15
17 yaşlı gəncin meyiti tapıldı
22 Yanvar 2025 23:27
26 yaşlı oğlan pul verməyən anasını...
15 Noyabr 2024 16:10

