Su böhranı Tehranı “vurub”: “İran misli görünməmiş quraqlıqla üzləşib”
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İran və xüsusən də paytaxtı Tehran bu payızda misli görünməmiş quraqlıqla üzləşir, yağıntılar tarixən aşağı səviyyədədir və su anbarları demək olar ki, boşalır.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, hakimiyyət böhranın kəskinləşməsi ilə əlaqədar vətəndaşları suya qənaət etməyə çağırır.
Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, yağış tezliklə yağmasa, Tehran susuz qalacaq.
O, əlavə edib ki, hətta qida rasionu fəlakətin qarşısını almaq üçün kifayət etməyə bilər:
“Əgər qida rasionu işləməsə, Tehranı boşaltmalı ola bilərik”.
Onun bu sözləri İran qəzetlərində və sosial mediada tənqidlərə yol açıb. Tehranın keçmiş meri Qulamhüseyn Kərbasçi bu ideyanı zarafat adlandırıb və deyib ki, Tehranı boşaltmağın mənası yoxdur. İranın hava rəsmiləri yaxın on gün ərzində yağış gözlənilməyəcəyini bildiriblər.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















