Icma.az
close
up
RU
Su niyə bahalaşdı? AÇIQLAMA

Su niyə bahalaşdı? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Pensiyaların artırılmasından sonra bazarda, xüsusilə gündəlik tələbat məhsullarının, o cümlədən su və əsas ərzaqların qiymətində artım müşahidə olunur. Bu vəziyyət vətəndaşlar arasında süni qiymət artımı barədə suallar doğurur.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlər həmişə artım göstərir, bu, pensiyanın artırılması ilə bağlı məsələ deyil. 
"Yanvar ayında Mərkəzi Bank inflyasiya ilə bağlı rəqəmlərin gözləntilərə uyğun getdiyini açıqladı. Fəvralın əvvəlində faiz dərəcələrini dəyişmək barədə qərarında da qeyd olundu ki, vəziyyət plan üzrədir. Hazırda inflyasiya 5–10% civarındadır və həm Mərkəzi Bankın, həm də hökumətin proqnozları buna uyğundur. İlin əvvəlindən kommunal xidmətlərin qiymətləri artırılıb, eləcə də Tarif Şurasının qərarı ilə dizel və benzinin qiymətləri yüksəlib. Bu da sahibkarların xərclərini artırır. Keçən il işçilərin maaşları mərkəzi olaraq 9–10% artmışdı, bu il isə artımın 7%-dən çox olacağı proqnozlaşdırılır. Yanacaq və kommunal xərclərinin artması biznesin maya dəyərinə birbaşa təsir göstərir" - o, bildirib. 
Ekspert bildirib ki, buna baxmayaraq, bu, avtomatik olaraq süni qiymət artımı demək deyil:
"İnflyasiya şəraitində sahibkarlar xərcləri qiymətlərinə ötürməli olur, yoxsa ya müflis olar, ya da bazardan çıxar. Qiymətləri bazarla uzlaşdırmadan ya rəqabətdə uduzurlar, ya da xərclər artaraq mənfəəti azaldır. Hansı qiymət artımı rəsmi olaraq baş verib? Dövlət tərəfindən tənzimlənən tariflər qalxmayıb. Məsələn, insanların evdə istifadə edə biləcəyi suyun qiyməti bazar davranışına bağlıdır və dövlət tərəfindən tənzimlənmir. Pensiyaçı vətəndaş istəsə, daha ucuz alternativlərdən istifadə edə bilər, bu, qiymət artımına səbəb deyil. Rəsmi qiymətləri yalnız dövlət orqanları, Tarif Şurası, Nazirlər Kabineti və iri bazar oyunçuları razılaşdırılmış şəkildə müəyyən edə bilər. Mağaza və ya kiçik satıcılar isə süni qiymət təyin edə bilməz. Yəni bazarda sahibkarın öz təşəbbüsü ilə formalaşan qiymətlər, dövlət tərəfindən tənzimlənmədiyi üçün süni qiymət sayılır".
Qeyd edək ki, bazardakı qiymət artımı pensiya artımı ilə birbaşa bağlı deyil və əsasən xərclərin ötürülməsi ilə əlaqəlidir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri