Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirib VİDEO
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İdarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 25 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















