Icma.az
close
up
RU
Su şəbəkəsinə qoşulma ilə bağlı statistik göstəricilər açıqlanıb

Su şəbəkəsinə qoşulma ilə bağlı statistik göstəricilər açıqlanıb

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su şəbəkəsinə qoşulmaqla bağlı bütün mərhələlərin, yəni qoşulma xətlərinin layihələndirilməsi və digər prosedurların tam şəkildə elektron qaydada həyata keçirilməsi təmin olunub.
APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin sədr müavini İlham Bayramov deyib.

İ.Bayramov qeyd edib ki, bu, həm şəffaflığı, operativliyi, dəqiqliyi, həm də vətəndaşların müxtəlif tələblərinin tam qarşılanmasını mümkün edir:

“Ümumiyyətlə, rəqəmsal texnologiyalardan istifadə etməklə Agentlik göstərdiyi xidmətlərin elektronlaşdırılması, əlçatanlığın artırılması, şəffaflığın təmin olunması, eyni zamanda vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görür. Statistikaya nəzər salsaq, ilin əvvəlindən etibarən 8 245 müraciət qəbul olunub. Onların 58%-i iri şəhərlərin ərazisinə, 42%-i isə kənd və regional ərazilərə aiddir. Müraciətlərin həm əhali, həm də qeyri-əhali kateqoriyası üzrə qoşulmalarla bağlı olduğu qeyd edilməlidir. Ümumilikdə müraciətlərin 58%-i sırf əhali tərəfindən edilib”.

İ.Bayramov deyib ki, vətəndaş müraciətlərinin sadələşdirilməsi məqsədilə yeni imkanlar yaradılıb:
“Agentliyin vahid 955 çağrı mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir və ilin əvvəlindən indiyədək 631 mindən çox müraciət qəbul edib. Bu müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınır və icra olunur. Hər bir müraciət əsasında işlərin görülməsi, araşdırmaların aparılması sistem üzərindən izlənilir, icra müddətləri müəyyən edilir və həmin müddətdə də tamamlanır. Qeyd edək ki, müraciətlərin bu qədər çox olması bir tərəfdən vətəndaşların xidmətlərə əlçatanlığını, digər tərəfdən isə mövcud problemlərin sayını göstərir.

“Bununla yanaşı, “e-su” elektron portalı da istifadəyə verilib. Vətəndaşlar portaldan və onun mobil tətbiqindən istifadə edərək xidmətlərdən yararlana bilirlər. 9 ay ərzində portal vasitəsilə 10 328 elektron xidmət göstərilib və bu da əvvəlki dövrlərlə müqayisədə daha yüksək nəticədir”, - deyə İ.Bayramov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see192

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see137

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see123

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri