Icma.az
close
up
RU
Su tarifləri artırıla bilərmi? Deputatdan AÇIQLAMA

Su tarifləri artırıla bilərmi? Deputatdan AÇIQLAMA

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Rəsmi qurumlar rentabelli fəaliyyət göstərə bilmədiklərini əsas gətirərək, su tariflərinin də bahalaşmasını məqbul sayırlar. Adiyyatı  qurumun bildirdiyinə görə, inkişaf etmiş və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Hazırda nəinki ölkəmizdə, dünyada su qıtlığı problem kimi qalır və bu məsələnin nə vaxtda çözüləcəyi belə bəlli deyil. Digər tərəfdən də dövlət qurumları rentabelli fəaliyyət göstərməlidir. Bir qurumun rəsmiləri bəyan edirlərsə ki, onların xərcləri və gəlirləri üst-üstə düşmür, dövlət büdcəsi və səhmdar cəmiyyət üçün borclar yaranır, bu, birmənalı şəkildə həll olunmalıdır. “Azərsu” rentabelli işləməli və işin xidməti yüksəlməlidir. Bir müəssisənin büdcəsində kəsirlər olursa, bu, onun xidmətinə sözsüz ki, mənfi təsir göstərəcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, qiymətlərin bahalaşması əhalinin büdcəsinə ciddi təsir göstərəcək: “Burada nəinki aztəminatlı ailələr, hər kəs üçün  problemlər meydana gələcək. Bu gün varlının da, kasıbın da, elə rəsmi şəxslərin də evində sayğac var. Hər kəs birmənalı olaraq kommunal ödənişlər edir. Lakin düşünürəm ki, bu problemin həlli təkcə tariflərin artırılması olmamalıdır. Dövlət müvafiq ehtiyatları hesabına dotasiya ilə “Azərsu” ASC-nin büdcəsində olan kəsirləri və rentabellilik üçün lazım olan dəstəyi göstərməlidir. Bu zaman həm əhali ciddi problemlə üzləşməz, həm də qurumun fəaliyyətindəki rentabellik bərpa olunmuş olar. Əvvəlki illərlə müqayisədə “Azərsu” ASC-nin  fəaliyyətində müsbət dönüşlər var. Maliyyə problemlərinin həlli xidmətin yüksəlməsi, yığımın normallaşmasına, o cümlədən fəaliyyətin sistemləşməsinə gətirib çıxaran əsas amildir. Məhz bu səbəbdən də bu quruma dövlət ciddi dəstək göstərməlidir. Problemi təkcə əhalinin hesabına yox, dövlət dotasiyası ilə də həll etmək mümkündür”.

Xatırlatma: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov  ötən gün jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Fevral 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see145

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri