Icma.az
close
up
RU
Su torpağın diriliyi, bolluğun təməlidir

Su torpağın diriliyi, bolluğun təməlidir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiyanın respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkənin su və ərzaq təhlükəsizliyinin təminatındakı rolunu nəzərə alaraq 2007-ci il mayın 24-də imzaladığı sərəncamla 5 İyun Meliorator Günü peşə bayramını təsis edib. Dövlətimizin başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyunun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli sərəncam imzalayıb.

Bu sənədin imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini gerçəkləşdirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli və tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmaqla xalqımızın Qarabağ həsrətinə son qoyulub. Ölkədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini reallaşdırıb.

Ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron yarımadasının digər yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı su təsərrüfatı kompleksi olan Samur – Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur – Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay – Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi işləri uğurla başa çatdırılıb.

Adları sadalanan infrastrukturun işə salınması ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunub, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatını daha da yaxşılaşdırıb.

Ulu öndərin “Bakıya bol-bol su gətirəcəyik” ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış edib və 2007-ci ilin mart ayında dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz – Qəbələ – Bakı su kəməri 2010-cu il dekabrın 28-də istismara verilib. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən bu su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olunub.

2011-ci ilin sentyabrında Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyulub və kompleks 2015-ci ilin oktyabrında işə salınıb. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu ilə Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatı ödənilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

Azərbaycanın gələcək inkişafında çox vacib rolu olan bir sıra iritutumlu su anbarları, müasir tələblərə cavab verən yeni suvarma kanalları, digər su və meliorasiya obyektləri tikilib istifadəyə verilib.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə layihə sənədlərinin hazırlanması işlərinə də başlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu gün dövlətimizin diqqət və qayğısına cavab olaraq əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində önəmli layihələr gerçəkləşdirir, mövcud meliorasiya, irriqasiya və su təchizatı sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarına qoyulan vəzifələri vaxtında və layiqincə yerinə yetirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri