Icma.az
close
up
RU
Suad Səlimova: “Sevgilim döyüşdən əvvəl və sonra məni öpməlidir” MÜSAHİBƏ

Suad Səlimova: “Sevgilim döyüşdən əvvəl və sonra məni öpməlidir” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Peşəkar kikboksinq və MMA döyüşçüsü Suad Səlimovanın İdman.biz-ə müsahibəsi

- Suad xanım, istərdim söhbətimizə elə sonuncu döyüşünüzdən başlayaq.

- Axırıncı döyüşüm fevralın 8-i Fransada olub. İkinci raundda rəqibi boğucu fəndlə məğlub edərək qalib gəldim. Məncə, maraqlı döyüş keçdi.

- Növbəti qarşılaşmanızın vaxtı məlumdur?

- Xeyr. Ola bilər bir ay sonra olsun, ola bilər üç ay. Döyüşün vaxtı bizə edilən təklifdən asılıdır. Uyğun şərtlər olanda menecerimlə məsləhətləşib qərar veririk. Ona görə də, indi dəqiq nəsə deyə bilmərəm. Hazırda Amsterdamdayam, nə vaxt döyüşməyimdən asılı olmayaraq, məşqlərimə davam edirəm.

- Bildiyim qədərilə artıq yeddi ildir ki, orada yaşayırsınız. Amsterdama köçmək səbəbiniz karyeranızla bağlıdır, yoxsa başqa nəsə?

- Əslində, Amsterdama köçmək səbəbim kikboksinq müəllimim Mayk olub. Əvvəlcə təlim-məşq toplanışına qatılmaq üçün bura gəldim. Bilirsiniz ki, Niderland ən güclü kikboksinq ölkələrindəndir. Mən də daha çox təcrübə qazanmaq və məşhur idmançıları görmək istəyirdim. Sonra Amsterdam xoşuma gəldi və qalmağa qərar verdim.

- Təkcə buna görə?

- Düzünü desəm, başqa səbəblər də vardı. Yeddi-səkkiz il əvvəl MMA ilə məşğul olan qızlara ciddi baxmırdılar. İndi vəziyyət xeyli dəyişib. O vaxt elə hey çalışırdım ki, mənə döyüş versinlər. Tez-tez deyirdilər ki, qadın hara, vuruşmaq hara. Get yeməyini bişir. Belə çox sözlər eşitmişəm. Ancaq bu şeylər məni ruhdan salmayıb. Çünki arzularım vardı, çempion olmaq istəyirdim.
- Sizcə, bu stereotip hələ də öz gücünü qoruyur? Ümumiyyətlə, kənardan baxanda Azərbaycan MMA-sı necə görünür?

- Bakıda yaxşı müəllimlər, məşq üçün uyğun zallar, bir sözlə, lazımi şərait var. Yarışların da sayı çoxalıb. On il öncəkinə nəzərən indi MMA-da qızlarımızın da sayı artıb. Bunu görmək məni sevindirir. Ümumiyyətlə, istər kişi, istər qadın idmançılarımızı həmişə dəstəkləyirəm, bilmirəm onlar da məni dəstəkləyir, ya yox. (gülür). Harda yaşamağımızdan asılı olmayaraq, hamımız eyni bayrağı qaldırırıq. Mən çox vətənpərvər adamam.

- Bəs yaxın illərdə vətənə dönməyi düşünürsünüz?

- Hazırda işim, bütün həyatım Amsterdamdadır. Burada tələbələrim var. Gələcəklə bağlı isə indidən nəsə deyə bilmərəm.

- İdmana 16 yaşında uşu-sanda ilə başlamısınız. Daha sonra kikboksinq və MMA. Uşaqlıqdan yox, məhz 16 yaşda idmana başlamısınızsa, çox güman, bunun məxsusi səbəbləri var.

- Məktəbdə oxuyanda çox dəcəl idim, həmişə oğlanlarla oynayırdım, qızlarla yola getmirdim. Bəzi qızlar məni oğlanlara qısqanıb döyürdü. Sizə deyim ki, nəinki məktəbdə, elə universitetdə də xeyli davalarım olub. Mən də anladım ki, özümü əzdirmək istəmirəmsə, hansısa döyüş idman növü ilə məşğul olmalıyam. Beləcə idmana gəldim. Əvvəlcə uşu-sanda ilə başladım. Daha sonra kikboksinqə keçdim. Sonda isə MMA-da qərar tutdum.

- Ailənizdə sizdən savayı idmançı var?

- Xeyr, bir qardaşım var, o da fərqli sahədədir.

- Bəs ailəniz sizi karyeranızda dəstəkləyir?

- Əlbəttə. Anam həmişə mənə dəstək olur. Düzdür, döyüşlərimə baxanda çox həyəcan keçirir, ancaq çalışıram ki, onu sakitləşdirim. Anama izah edirəm ki, mən dinozavrla vuruşmuram, öz çəkimdəki rəqiblə döyüşürəm. Onu da deyim ki, anam bu yolda mənə təkcə mənəvi yox, həm də maddi dəstək olub. Bilirsiniz ki, həvəskar şəkildə vuruşanda yarışlarda iştirak üçün pul ödəməlisən. Xüsusilə də yeni başlamısansa, sənə müəyyən büdcə lazımdır. Həmin dövrdə anam mənə maddi dəstək olurdu, təbii ki, özüm də nəsə etməyə çalışırdım. Yadımdadır, 20 yaşım olanda həm oxuyurdum, həm də ofis meneceri kimi işləyirdim. Yığdığım pulla isə yarışlara qoşulurdum.

- İndi necə pul yığa bilirsiniz?

- Müəyyən qədər. Peşəkar vuruşanda qazanmaq olur. Böyük tədbir daha çox pul deməkdir. Harda vuruşmağından da çox şey asılıdır. Bilirsiniz, döyüşdən savayı bu sahədə sponsor dəstəyi də mütləqdir.

- Sponsorunuz var?

- Hələ ki, yoxdur, axtarıram. İndi hər şeyi öz hesabıma edirəm, bu çox çətindir.

- Sponsor tapmaqda sizə nə mane olur? Ümumiyyətlə, bu prosesdə peşəkarlıq kifayət edir, yoxsa əlaqələr həlledici rol oynayır?

- Düzünü desəm, birinci yerdə əlaqə gəlir. Əvvəllər dəfələrlə sponsor olmaları üçün müəyyən adamlardan xahiş etmişəm. Ancaq hər adam bunu eləmir. Ümid edirəm ki, mənim də yaxşı sponsorum olacaq.

- Artıq illərdir döyüşürsünüz. Ancaq üzünüzdə hər hansı deformasiya, qırıq izi gözə dəymir.

- Əlbəttə ki, mənim də zədələrim olub. Sadəcə belə görünmür. Qulağım da qırılıb, burnum da. Məncə, bunlar normal şeylərdir. Sən idmançısansa, zədədən qorxmamalısan, bütün ehtimalları nəzərə alıb döyüşə çıxmalısan. İndi modellər belə MMA-da vuruşur. Formada qalmaq, sağlam olmaq üçün MMA çox gözəl idman növüdür.

- İxtisasca regionşünassınız. Üstəlik, bir neçə xarici dil bilirsiniz.

- Bəli, Bakı Slavyan Universitetinin məzunuyam. İxtisasım Yunanıstan üzrə regionşünaslıqdır. Hazırda yunan, fransız, ingilis və rus dillərini bilirəm. Universitetdə öyrəndiyim dillər bu gün mənə çox kömək olur. Sərgilərdə, müxtəlif tədbirlərdə tərcüməçi kimi də çalışıram. Ümumiyyətlə, həmişə təhsilin vacib olduğunu düşünmüşəm.

- Bəs niyə idman üzrə yox?

- Çünki həyatımdakı hər şeyin idman olmasını istəmirdim. Düşünürdüm ki, başqa bir peşəm də olmalıdır. Əslində, həmişə vəkil olmaq istəmişəm. Öz sözümü deməyi sevirəm. Sadəcə hüquq fakültəsinə balım çatmadı. İndi fikirləşirəm ki, nə yaxşı alınmayıb. Çünki vəkil olsaydım, idmanı paralel aparmaq çətin olacaqdı.

- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, fevralın 8-i döyüşdə qalib gəlmisiniz, həmin gün sizin üçün yaddaqalan olub. Bəs fevralın 14-ü necə?

- Həyatındakı insanın səni dəstəkləməsi çox önəmlidir. Düşünürəm ki, sevgilim döyüşdən əvvəl və sonra məni öpməlidir. Görüş vaxtı da adımı qışqırmalıdır (gülür).

- Birdən elə adam qarşınıza çıxmasa?

- Mən inanıram ki, hər kəsin yarı var...

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri