Icma.az
close
up
RU
Sualtı döyüşlərdə irəliyə doğru addım: ABŞ sualtı qayıqları unikal imkanlar əldə etdi

Sualtı döyüşlərdə irəliyə doğru addım: ABŞ sualtı qayıqları unikal imkanlar əldə etdi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlar ilə robotlaşdırılmış sistemləri real əməliyyatlarda birləşdirməyə başlayır. "USS Delaware” atom sualtı qayığı, "Yellow Moray” adlı təkrar istifadə edilə bilən pilotsuz sualtı aparatını torpedo qurğusu vasitəsilə uğurla buraxıb və geri qaytarıb. 

Qaynarinfo xəbər verirki, bu barədə "Interesting Engineering” məlumat yayıb.

Yeni imkanlar: robotun uğurlu sınaqları

"USS Delaware” (SSN-791) tipli "Virginia” sinfindən olan sualtı qayığı, "Yellow Moray” robotunu üç dəfə suya buraxaraq eyni sayda geri qaytara bilib. Hər bir missiya 6 ilə 10 saat arasında davam edib.

"Yellow Moray” aparatı, REMUS 600 platformasına əsaslanır və dəniz dibinin xəritələndirilməsi, minaların aşkarlanması və kəşfiyyat məlumatlarının toplanması kimi vəzifələrdə sınaqdan çıxmış texnologiyadır.

Bu sınaqlar, sualtı qayıqların robotlaşdırılmış sistemlər vasitəsilə necə gizli şəkildə imkanlarını genişləndirə biləcəyini nümayiş etdirir. ABŞ Hərbi Dəniz Qüvvələri gələcəkdə daha çox sualtı qayığın bu cür avtonom sistemlərlə təchiz olunmasını planlaşdırır.

Komandirlər üçün yeni imkanlar, dənizçilər üçün daha az risk

"Yellow Moray” kimi sistemlərin, gələcək sualtı missiyalarda əsas rol oynaması gözlənilir. Bu texnologiya komandirlərə əməliyyatlarda daha geniş seçim imkanı verəcək, eyni zamanda dənizçilər üçün riskləri azaldacaq.

"Virginia” sinfi: səssiz, güclü, təhlükəli

Qeyd edək ki, "Virginia” sinfindən olan atom sualtı qayıqları əvvəlcədən də dünyanın ən qabaqcıl və təhlükəli hərbi texnikası sayılırdı. Bu, dördüncü nəsil çoxməqsədli sualtı qayıqlar sinfinə daxildir. Gəmilərin əsas xüsusiyyətlərindən biri olduqca aşağı səs səviyyəsidir – bu, onları aşkarlanması çətin və effektiv hərbi platformalara çevirir.

"Virginia” sinfi sualtı qayıqlar ABŞ-ın dəniz üstünlüyünün təməlini təşkil edir və "The National Interest” nəşri bu sinfi müasir dövrün beş ən sürətli sualtı qayığı arasında qeyd edib.

Rusiya ilə müqayisə: "Yasen” sinfi

"Virginia” sinfinin şərti rus analoqu kimi "885 layihəsi”nə aid "Yasen” sinfi sualtı qayıqlar göstərilir. Xatırladaq ki, bu yaxınlarda Rusiya "885M layihəsi”nə daxil olan K-571 "Krasnoyarsk” sualtı kreyserindən "Kalibr” raketinin buraxıldığını açıqlamışdı.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyun 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri