Sualtı internet kabel sistemi çəkəcəklər
Icma.az bildirir, Olke.az portalına istinadən.
Şimali Avropa ölkələri Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya sualtı internet kabel sistemi çəkməyi planlaşdırır.
"Ölkə.az" xəbər verir ki, bu barədə bazar günü İsveçin SVT televiziyası məlumat yayıb.
"Polar Connect" İsveçdən Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya qədər fiber-optik kabellər şəklində sualtı infrastrukturun yaradılması üzrə birgə şimal layihəsidir", - deyə məlumatda bildirilib.
İlkin marşrutun İsveç-Norveç-Kanada-Alyaska-Yaponiya-Cənubi Koreya xəttini əhatə edəcəyi nəzərdə tutulur. Ümumi uzunluğu 10 500 kilometr olan yeni kabel sisteminin 2030-cu ildə istifadəyə verilməsi gözlənilir.
Layihə mövcud təhlükəsizlik şəraitində Avropa İttifaqı tərəfindən prioritet hesab olunur və dəyəri 21 milyard İsveç kronundan (təxminən 2 milyard dollar) çox qiymətləndirilir.(Report)
Baxış sayı:71
Bu xəbər 15 Fevral 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















