Sualtı üzgüçülərimizdən Kişinyovda rekord: “Çox yaxşı nəticələr əldə etdik” İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qazandığımız nailiyyət bu idman növündə milli rekordlardır”
Bunu İdman.biz-ə Azərbaycanın sualtı üzgüçüsü Namiq Əhmədzadə deyib.
İdmançı Moldovanın paytaxtı Kişinyovda keçirilən beynəlxalq yarışda uğurlarını şərh edib. O bildirib ki, turnirdə dörd idmançı ilə təmsil olunan Azərbaycan sualtı üzgüçüləri 3 medal qazanıb və ölkə rekordları müəyyənləşdirib: “Biz müxtəlif illərdə dünyanın fərqli ölkələrində keçirilən yarışlarda Azərbaycanı təmsil etmişik. Moldovada təşkil olunan turnirə mənlə yanaşı, Denis Novatorjin, Nailə Novotorjina və Fariz Müslumov qatılmışdı. Denis həm də bizim məşqçimizdir. Yarışa onunla bərabər qoşulduq və çox yaxşı nəticələr əldə etdik. Qazandığımız nailiyyət bu idman növündə milli rekordlardır. Həmçinin biz turniri üç medalla başa vurduq”.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















