Subaylar ilk görüşə gedərkən daha çox qara rəngli paltar geyinirlər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Subay insanların ilk görüşə gedərkən daha çox qara rəngli geyimlərə üstünlük verdiyi müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Linkoln Universiteti tərəfindən aparılan araşdırmada qeyd olunub.
Araşdırma Böyük Britaniyanın “Channel 4” televiziya kanalında yayımlanan məşhur “İlk Görüşlər” (“First Dates”) televiziya şousu əsasında aparılıb. Psixoloqlar verilişin altı mövsümündə iştirak edən 546 nəfərin geyim seçimlərini təhlil ediblər. Onların həm görüşdən əvvəlki müsahibədə, həm də birbaşa görüş zamanı hansı rəngdə geyindikləri müqayisə olunub.
Qeyd olunub ki, bütün iştirakçılar şou üçün geyim seçimində tam sərbəst olublar.
Nəticələr göstərib ki, həm qadınlar, həm də kişilər ilk görüş zamanı qırmızı və qara rəngi daha çox seçirlər. Lakin maraqlı məqam ondan ibarətdir ki, qara geyim seçimləri qırmızı ilə müqayisədə daha üstün olub. Yəni insanlar sevgi tapmağa gedəndə ən çox qara ayaqqabı, qara şalvar və ya qara don geyinməyə üstünlük veriblər.
Tədqiqatçılar bildirirlər ki, əvvəlki araşdırmalarda qırmızı rəng daha çox cəlbedicilik və romantika ilə əlaqələndirilirdi. Qara rəng isə daha çox dəbli və ciddi görünüş yaradır. Yeni nəticələr göstərir ki, qırmızı ənənəvi olaraq sevginin rəngi sayılsa da, real həyatda insanlar ilk görüşdə daha çox qara rəngə üstünlük verirlər.
Baxış sayı:132
Bu xəbər 28 Aprel 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















