Sübhani yenə söz atdı: “Ermənistanla münasibətlərimizə qarşı olan dövlətlər var”
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenə dilini dinc qoymayıb.
Tribunainfo.az xəbər verir ki, o, Ermənistan İctimai TV-yə verdiyi müsahibəsində bu ölkə ilə münasibətlərlə yanaşı, həm də Azərbaycana söz atıb.
Sübhani bildirib ki, İranın Ermənistanla müstəqil münasibətləri var və həmin əlaqələrə heç bir başqa ölkənin pəncərəsindən baxmırlar. “Biz çalışırıq ki, Ermənistan üzərindən keçəcək kommunikasiyaları, yolların sayını artıraq. Ermənistanla bağlı həyata keçirdiyimiz bu siyasət heç bir başqa dövlətə qarşı deyil”.
İran səfiri onu da vurğulayıb ki, ölkəsi Ermənistanın sülh şəraitində, həmçinin bütün qonşuları ilə dinc yanaşı yaşamasını istəyir. “Çünki bu, regionumuzun təhlükəsizliyindən irəli gəlir”.
Sübhani Ermənistanı “vicdanlı qonşu” adlandırıb. “Ermənistan bizim vicdanlı qonşumuzdur. İstədikləri kimi şərh verə bilərlər, amma reallıq budur”.
Səfir sonda deyib ki, İran-Ermənistan münasibətləri “başqa dövlət”lərin ürəyincə olmaya bilər. “Bəli, münasibətlərimizin bu cür inkişafını istəməyən düşmənlərimiz də ola bilər. Onlar bizim mövqelərimizdə şübhələr yaratmağa və bu şübhələr nəticəsində qarşılıqlı anlaşmanı fikir ayrılığına çevirməyə çalışırlar”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 18 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















