Icma.az
close
up
RU
Sübhaninin Bakı Tehran münasibətlərinə qarşı təxribat missiyası...

Sübhaninin Bakı Tehran münasibətlərinə qarşı təxribat missiyası...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistan mediasına açıqlamasında yenə Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. Sübhani iddia edib ki, “Zəngəzur dəhlizi açılmayacaq”. Ardınca rəsmi Bakının ünvanına “Heç bir məsələni güc yolu ilə həll etmək olmaz” mesajını göndərib. İran səfiri bu sözləri ilə Azərbaycanı “hərbi güc tətbiq etməkdə” ittiham edir və “buna imkan verməyəcəklərini” bildirir.

Səfirin Ermənistanda İran İslam Respublikasının rəsmi təmsilçisi olduğunu nəzərə alsaq sual yaranır: Bakıya ünvanlanan ittihamlar Tehrana aiddir?

Sübhani daha öncə də təxribat xarakterli açıqlamalar verib və Bakı-Tehran xəttində anlaşılmazlıqların olduğu vaxtlar onun sözləri İranın mövqeyi kimi görünə bilərdi, lakin indi situasiya tamamilə dəyişib.

Azərbaycan və İran münasibətlərində bütün anlaşılmazlıqlar aradan qalxıb. İran prezidenti Məsud Pezeşkianın Bakıya geniş tərkibdə səfəri, Prezident İlham Əliyevlə birgə müsbət mesajların verilməsi, o cümlədən Bakı və Tehranın problemlərin aradan qalxdığını isbatlayan praktiki addımları bunu təsdiq edir.

- “Araz-25” birgə təlimləri Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətini praktiki olaraq göstərən əsas amillərdən biridir. İki ölkənin hərbçiləri həm sərhəddə, həm də işğaldan azad olunmuş ərazilərimizdə hərbi taktikaları birgə məşq edib. Bu, iki ölkənin hərbi əməkdaşlığının daha da dərinləşməsinə mühüm töhfə verəcək addımdır.

- Regionun nəqliyyat şəbəkəsində birgə fəaliyyət göstərən Azərbaycan və İran “Araz dəhlizi” layihəsi ilə logistika imkanlarını daha da genişləndirir. İki ölkənin tranzit imkanlarını birləşdirməsi Fars körfəzi-Qara dəniz marşrutunun reallaşmasına və bütövlükdə regionun tranzit perspektivlərinin güclənməsinə zəmin yaradır.

- İki ölkə arasında siyasi və hərbi sahədə olduğu kimi, iqtisadi müstəvidə də əməkdaşlıq möhkəmləndirilir. Bura tranzit potensialının birləşdirilməsi ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu və ticarət dövriyyəsinin artırılması da daxildir.

Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etməsi fonunda Zəngəzur dəhlizi məsələsi də artıq iki ölkənin gündəliyindən “problematika” olmaqdan çıxıb. Əksinə, Naxçıvan Muxtar Respublikasına quru əlaqəsinin İran üzərindən həyata keçirilməsi ilə bağlı razılaşma tərəflərin bu məsələdə əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Və təsadüfi deyil ki, artıq İranda Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar arxa plana keçib. Bu amillər Sobhaninin Zəngəzur dəhlizi ilə bağlı iddialarının rəsmi Tehranın mövqeyi olmadığını deməyə əsas verir.

O zaman sual yaranır: Azərbaycan-İran münasibətlərinə zərər verən fikirləri irəli sürən Sobhaninin məqsədi nədir? İran səfiri təmsil etdiyi ölkənin maraqlarına xidmət edir, yoxsa başqa qüvvələrin?

Sübhaninin keçmişinə, “tərcümeyi-halına” və fəaliyyətinə diqqət etdikdə bu sualların cavabını tapmaq mümkündür. İranın Ermənistandakı səfiri daha öncə də Bakı-Tehran münasibətlərinin pozulmasına hesablanmış təxribat fəaliyyətləri sərgiləyib. Onun bu fəaliyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar.

Birincisi, Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi idi.

İkincisi, İranın Ermənistana hərbi dəstəyini təmin etməyə, xüsusilə silahlandırmağa sövq etmək idi.

Bu kontekstdə Sobhaninin Ermənistana səfir təyin edilməsi tarixi xüsusilə diqqət çəkir. İranlı diplomat Ermənistana göndərilməmişdən öncə Suriyada səfir kimi fəaliyyət göstərirdi. Onun Suriyadakı fəaliyyəti birmənalı qarşılanmır. Mediada yayılan məlumatlarda Sobhaninin Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Bu məlumatlar o qədər ciddi idi ki, hətta İranın Ermənistandakı səfirliyi tələsik “təkzib” açıqlaması verdi və diqqəti Sübhaninin üzərinə bir qədər də çəkdi. Belə bir “diplomatın” 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Və Sobhani Ermənistanda fəaliyyətə başlayan kimi anti-Azərbaycan çıxışlarına start verməsi, xüsusilə Qarabağda həmin vaxt hələ də qalan separatçıları dəstəkləməsi bu şübhələri artırırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sobhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sübhaninin missiyası Azərbaycan-İran münasibətlərini pozmaq, İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi. İran səfirinin separatizmə açıq dəstək verməsi və bütün fəaliyyətini Azərbaycana qarşı qurması onun Ermənistana xüsusi missiya ilə səfir göndərildiyi fikrini daha da gücləndirir.

Sübhaninin Ermənistandakı fəaliyyətinə dair mediaya sızan məlumatlar da bu kontekstdə diqqətçəkəndir. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyir. Səfirin İranın Ermənistan və Azərbaycan siyasətində balansın ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə “hesabatlar” hazırladığına dair də məlumatlar var.

Azərbaycan-İran xəttində problemlərin aradan qaldırılması, münasibətlərin düz xəttə çıxması və son dövrlər daha da inkişaf etməsi Sübhani və arxasındakı qüvvələrin istəklərinə nail ola bilmədiyini təsdiq edir. Hərçənd, nə Sübhaninin, nə də arxasındakı qüvvələrin Azərbaycan-İran münasibətlərinin pozulmasına hesablanmış təxribatçı niyyəti dəyişib. İran səfirinin Zəngəzur dəhlizi ilə bağlı son çıxışı da “təxribat missiyasına” qaldığı yerdən davam etdiyini təsdiqləyir.

Burada ən önəmli məqamlardan biri “Sübhaninin arxasında dayanan qüvvələr kimdir” sualıdır.

İlk diqqət İranda Azərbaycanla münasibətlərin pozulmasına çalışan qüvvələrin üzərinə yönəlir. İranın siyasi istebleşmentində belə qüvvələrin olduğu sirr deyil, xüsusilə 44 günlük müharibədən sonra Bakı-Tehran xəttində anlaşılmazlıqların yaradılmasında onların “əməyi” kifayət qədər çox olub. Bakıya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verən İran prezidenti Məsud Pezeşkian da iki ölkənin münasibətlərində gərginliyin süni yaradıldığı haqda danışarkən, “Bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul etmirlər” deməklə bunu təsdiqləmişdi.

Qərb qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası” adı altında bölgəyə gətirən və birbaşa İranla sərhəddə yerləşdirən – bu missiyanın İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət göstərdiyi haqda məlumatlar var – Ermənistan olsa da, Tehranda “üçüncü qüvvələrin bölgəyə gətirilməsi” ittihamlarını Bakıya yönəldənlər də bu qüvvələr idi. Və bu prosesdə məhz Mehdi Sübhaninin əhəmiyyətli rolu olmuşdu. Məlumatlara görə, Sobhani Tehrana Ermənistanda yerləşdirilən Qərb qüvvələrinin İrana təhlükə yaratmadığına dair “hesabatlar” göndərib.

Azərbaycan-İran münasibətlərinin inkişafını qəbul etməyən bu qüvvələr görünür, yenidən Sübhani üzərindən təxribatlara cəhd edirlər.

Lakin Azərbaycan-İran münasibətlərinin normallaşması təkcə İrandakı qüvvələrə yox, həm də regionda maraqları olan xarici oyunçulara, xüsusilə Qərbdə müəyyən qüvvələrə də sərf etmir. Və daha bir sual yaranır: Bakı-Tehran xəttində yenidən çatların yaranmasında maraqlı olan xarici qüvvələrlə Sübhanini nə birləşdirir?

Burada Mehdi Sübhaninin İranı təmsil edən diplomat olmasına baxmayaraq, zaman-zaman diqqət mərkəzinə düşən “çoxvektorlu” fəaliyyətinə nəzər yetirmək lazımdır. Sübhani 1990-cı illərdə İranın Aərbaycandakı səfirliyində üçüncü, daha sonra ikinci katib kimi fəaliyyət göstərib. Hələ həmin dövrdə onun diplomatdan daha çox, kəşfiyyatçı kimi fəaliyyəti qeydə alınıb. Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edən Sübhani Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də xatırlanır. O, bir tərəfdən Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bu istiqamətin Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışır, digər tərəfdən, II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlükləri haqda “məruzələr” deyirmiş. Məlumatlara görə, Sobhani məhz həmin zaman Qərb ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə düşüb, hətta müəyyən təmaslar da yaranıb.

Bu informasiyalar Sübhaninin Ermənistanda səfir kimi fəaliyyəti fonunda yenidən gündəmə gəlir.

1. O, İranı təmsil edən diplomat olsa da, bütün fəaliyyətini Ermənistanın müdafiəsi üzərində qurub və bu, Qərbdə müəyyən ölkələrin Cənubi Qafqazda erməni vektorluq siyasəti ilə sinxron təşkil edir.

2. Daim Bakını İrəvanın gündəliyi kontekstində ittiham edən Sübhani Qərb qüvvələrinin Ermənistanda yerləşdirilməsi və təmsil etdiyi ölkənin maraqlarına zidd fəaliyyəti haqqında heç bir açıqlama verməyib, əksinə, tabe olduğu qurumlara bu fəaliyyətin İran əleyhinə olmadığına dair yalan məlumatlar ötürdüyü deyilir.

3. Onun Azərbaycan əleyhinə səsləndirdiyi iddialar/ittihamlar İranın yox, Ermənistanın və Bakı-Tehran yaxınlaşmasını istəməyən qüvvələrin maraqlarına xidmət edir.

Bütün bunlar Mehdi Sübhaninin Azərbaycan-İran münasibətlərinə zərər vurmağa hesablanmış təxribat fəaliyyətinin regiondankənar oyunçuların da sifarişi oduğu fikrini önə çıxarır. Və burada İran daxilindəki qüvvələrlə regiondankənar oyunçuların eyni hədəf – Bakı-Tehran xəttində yaxınlaşmanın qarşısını almaq – uğrunda ortaq fəaliyyəti də diqqət çəkir. Bu missiyanı məhz Sübhaninin icra etməsi onun şəxsi xarakterindən – İranda etniklərə pataloji nifrətindən də irəli gəlir.

İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulan Sobhani ölkədəki etniklərə nifrəti ilə tanınır. Onun İran prezidenti Məsud Pezeşkiana nifrəti də məhz azərbaycanlı olmasından qaynaqlanır. İranın Azərbaycandakı keçmiş səfiri, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışan Abbas Musəvinin geri çağırılmasında Sübhaninin rolu olduğu haqda məlumatlar var. Etnik kimliyinə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) görə A.Musəvi haqqında İranda “Azərbaycan maraqlarının müdafiəçisi” rəyi yaradılırdı və bu fikirlərin Sobhani tərəfindən ortaya atıldığı deyilir. Görünür, Sübhani təxribat planlarının icraçısı kimi təsadüfi seçilməyib və onun fəaliyyəti İrandan başqa bütün qüvvələrə işlədiyini isbatlayır.

Mehdi Sübhaninin fəaliyyəti İran rəhbərliyini düşündürməlidir. Çünki belə bir şəxsin əsas missiyası təkcə Bakı-Tehran münasibətlərini pozmaq deyil, eyni zamanda, İran maraqlarını satmaqdan ibarətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see327

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see225

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see222

ABŞ dən generala zəng: Zelenskinin yerinə keçməsini istədilər, o isə imtina etdi

25 Avqust 2025 15:26see172

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see151

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see141

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see134

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see134

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see134

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see131

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see130

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see129

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see128

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see125

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see124

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see123

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see123

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see122

Bu il məktəblər sentyabrın 20 i başlayacaq? DƏYİŞİKLİK GÖZLƏNİLİR

25 Avqust 2025 20:40see117

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri