Subsidiya ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır Dünya Bankı
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər dekarbonizasiya üçün ildə 2,4 trilyon dollara ehtiyac duyacaqlar.
Bu sözləri Dünya Bankının Dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogele COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, təkcə iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması ilə bağlı deyil, iqlim dəyişmələrinə uyğunlaşmanın da maliyyələşməsinə ehtiyac var.
“Dünya Bankı olaraq biz insanlara həm iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması, həm də iqlim dəyişmələrinə uyğunlaşmada kömək etməliyik. Beləliklə, biz həmişə maliyyələşməni 50 faiz olaraq saxlayırıq. Təkcə ötən il biz 43 milyard dollar maliyyə ayırmışıq. Getdikcə daha çox ölkələrin, xüsusən də kiçik ada dövlətlərinin köməyə ehtiyacı var. Biz artıq 14 ölkə ilə hər hansı hadisə baş verərsə, onların borclarını azalda və ya gecikdirə biləcəkləri ilə bağlı razılaşdıq”, – deyə Dünya Bankının rəsmisi əlavə edib.
Yurgen Vogele əlavə edib ki, dövlət sektoru maliyyənin olmaması və özəl sektorun maliyyəsini bu sahəyə cəlb etməklə bağlı fikirlər səsləndirirlər: “Lakin dövlət sektoru iqlimə zərər verən sahələrin maliyyələşməsinə 1,25 trilyon dollar ayırır. Bu, qazıntı yanacaqları, kənd təsərrüfatı və balıqçılıq subsidiyalarıdır. Sonra biz bunun fəsadlarının qarşısını almaq üçün bir neçə milyard dollar ayırmağa çalışırıq. Ona görə biz bu subsidiyaları yenidən təyin etməliyik. Mən ümumiyyətlə subsidiyaları kəsmək və ya azaltmaq barədə danışmıram. Ancaq maliyyə ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















