Icma.az
close
up
RU
Subsidiyalaşdırma niyə effekt vermir?

Subsidiyalaşdırma niyə effekt vermir?

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Subsidiya fermerlərin gəlirini artırmaq və kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına dəstək olmaq məqsədilə dövlət tərəfindən verilən maliyyə dəstəyinin bir formasıdır. Aqrar sahəyə subsidiyaların ayrılmasının əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsal xərclərini tənzimləmək və ölkədə məhsul bolluğunu təmin etmək üçün fermerləri istehsala təşviq etməkdir.

Ötən ildən etibarən əkin subsidiyasının verilməsi qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydasına dəyişiklik olunub. İstifadəsində 10 hektar və daha çox torpaq sahəsi olan fermerlər, sığortalanmalı bitkilərin becərilməsinə görə 2030-cu il yanvarın 1-dək əkin subsidiyası ala biləcəklər. Bu subsidiyalar yalnız sığorta müqaviləsi bağlandıqdan sonra verilir.

Əkin subsidiyası tətbiq olunacaq bitkilərin siyahısı hazırlanarkən onların ixracyönümlü olması və ya ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas meyar kimi nəzərə alınır.

Lakin ekspertlərin fikrincə, ölkədə subsidiyalaşdırma mexanizmi hələ də gözlənilən effekti vermir. Aqrar sahəyə ayrılan subsidiyalar kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərmir. Subsidiyalaşdırma nəticəsində kənd təsərrüfatında dayanıqlı inkişaf müşahidə edilmir. Əsas problemlərdən biri isə şəffaflığın yetərli səviyyədə olmamasıdır. Bu, subsidiyaların hədəfə yönəlməsində və effektiv istifadəsində ciddi çətinliklər yaradır.

İqtisadçı-ekspert Razi Abbasbəylinin fikrincə, subsidiyaların təyinatında ciddi problemlər mövcuddur. Bu sahədə şəffaflıq yetərli səviyyədə təmin olunmur. Bəzən sənədlərdə qeyd olunan əkin sahələri üzrə ayrılmış subsidiyalar reallıqda həmin subsidiyanın təyinatına uyğun əkin üçün istifadə edilmir.

Əslində, əkin subsidiyası fermerlərə, əkin sahələrində təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən istehsal vasitələrinin (toxum, gübrə, texnika və s.) alınması ilə bağlı xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Lakin bu prosesin monitorinqi və şəffaflığın təmin olunması istiqamətində görülən tədbirlər yetərsizdir.

Nəticədə, ayrılan subsidiyalarla bağlı gözlənilən məhsul tədarükü statistikası ilə faktiki nəticələr arasında ciddi uyğunsuzluqlar meydana çıxır. Bu səbəbdən, subsidiyaların təyinatına nəzarət gücləndirilməli, effektiv nəzarət mexanizmləri tətbiq edilməlidir.

Xüsusilə strateji ərzaq məhsulları üzrə - çayçılıq, tütünçülük, arıçılıq, taxılçılıq və digər dənli bitkilər kimi sahələrdə - subsidiyalar digər sahələrdən fərqli olaraq daha yüksək məbləğdə ayrılır. Bu sahələrdə subsidiyaların məqsədli istifadəsinə xüsusi diqqət yetirilməli, vəsaitlərin düzgün istiqamətləndirilməsinə ciddi nəzarət olunmalıdır.

Bəzən maldarlıq təsərrüfatlarına, məsələn, yoncalıq üçün nəzərdə tutulan sahələrə, taxıl əkininə görə subsidiya ayrılır. Halbuki bu, təyinat uyğunsuzluğudur. Qeyd etmək lazımdır ki, subsidiya bir dəfə təyin olunduqdan sonra, növbəti illərdə həmin sahədə təyinat üzrə əkin aparılıb-aparılmadığı yoxlanılmır. Bu isə fermerlərlə bağlı davam edən bir problemə çevrilib.

Digər bir vacib məsələ isə subsidiyaların verilmə forması ilə bağlıdır. Məlum olduğu kimi, subsidiyaların 50 faizindən çoxu fermerlərə nəğd vəsait kimi deyil, mal-material (əsasən gübrə və yem məhsulları) formasında təqdim olunur. Lakin bu gübrələrin qiymətləri çox zaman real bazar qiymətlərindən xeyli baha olur.

Məsələn, 50 kiloqramlıq bir kisə gübrənin bazar qiyməti 20 manat olduğu halda, subsidiyada bu məhsul 40, bəzən isə 45 manat kimi göstərilir. Bu isə təbii olaraq hər hektar sahə üçün nəzərdə tutulan gübrə miqdarının az olmasına və fermerin real ehtiyacını ödəyə bilməməsinə səbəb olur. Üstəlik, bəzən təqdim olunan gübrələrin çəkisi də sənəddə göstəriləndən az olur.

Bu cür hallar subsidiyalaşdırma prosesinə olan inamı azaldır və aqrar sektorda gözlənilən müsbət nəticələrin əldə olunmasına mane olur. Bütün bu problemlər ciddi nəzarət və monitorinq mexanizmləri ilə aradan qaldırılmalıdır ki, subsidiyalar həqiqətən də kənd təsərrüfatının inkişafına xidmət etsin.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyanın bir çox ölkələrində subsidiyaların verilməsi və bu vəsaitlərin necə istifadə olunması ciddi nəzarət altındadır. Bu səbəbdən ayrılan subsidiyalar təyinatı üzrə istifadə olunur, qaydaların pozulması halında isə məsul şəxslər cərimələnir və cəzalandırılır.

Azərbaycanda isə vəziyyət əksinədir. Subsidiyalaşdırma prosesində pərakəndəlik müşahidə olunur və bu sahədə tətbiq edilən qaydalar sistemli şəkildə icra olunmur. Ən böyük çatışmazlıqlardan biri də effektivlik hesabatının aparılmamasıdır. Belə ki, subsidiya ayrılmadan öncə onun mümkün nəticələri proqnozlaşdırılmır, iqtisadi təsirləri ilə bağlı dəqiq analiz və hesablama aparılmır: "Subsidiyalar hesabına hansı işlərin görüldüyü, istehsal sahələrinin nə qədər genişləndiyi, kənd təsərrüfatı məhsullarının istehsalında hansı qazanc və ya itkilərin olduğu barədə məlumat verən yoxdur. Fərdi sahibkarlar subsidiyalardan istifadə edərək istehsalat sahələrini genişlətdiklərini, bunun iqtisadiyyata müsbət təsir etdiyini bildirirlər. Lakin bunun dəqiq hesabatı təqdim edilmir, real təsirləri göstərilmir".

Məhz bu səbəbdən, subsidiyalaşdırma prosesinin istənilən nəticəni vermədiyi müşahidə olunur. Əgər bu sahədə şəffaflıq və hesabatlılıq təmin olunmasa, subsidiyaların kənd təsərrüfatının inkişafına real töhfə verməsi mümkün olmayacaq.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, fermerlərə verilən əkin subsidiyasının məbləği kifayət qədər aşağıdır və bu səbəbdən də subsidiyalaşma istənilən nəticəni vermir. Onun sözlərinə görə, hazırda fermerlərin kartlarına köçürülən vəsaitin yalnız 25 faizini nağd şəkildə əldə etmək mümkündür: "Fermerlərə verilən əkin subsidiyasının yalnız 25 faizi nağd formada verilir, qalan 75 faizi isə nağdsız şəkildə istifadə olunur. Bu vəsait yalnız təyin olunmuş məqsədlər üçün - kənd təsərrüfatı istehsal vasitələrinin alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələr üçün müasir suvarma sistemlərinin və dayaq dirəklərinin alınması və quraşdırılması üçün nəzərdə tutulur".

Ekspert bildirir ki, fermer həmin 75 faiz vəsaiti yalnız təklif olunan məhsul və xidmətləri təqdim edən şirkətlərə yönləndirə bilər. Ona bu vəsaiti tam şəkildə çıxarıb, özünün seçdiyi, daha keyfiyyətli gübrə, toxum və digər istehsal vasitələrini almasına icazə verilmir. Bu isə həm bazar rəqabətini məhdudlaşdırır, həm də subsidiyanın səmərəliliyini aşağı salır: "Fermerlər karta köçürülmüş vəsaitin 100 faizini nağdlaşdıra bilməlidir. Onlara bu sərbəstlik verilməlidir ki, ehtiyaclarına uyğun məhsul və xidmətləri sərbəst şəkildə əldə etsinlər. Əks halda, subsidiyalaşdırmadan ciddi nəticələr gözləmək mənasızdır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri