Süd və qaymaq idxalı kəskin yüksəldi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Azərbaycana xarici ölkələrdən gətirilən süd və qaymağın həm fiziki həcmində, həm də statistik dəyərində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkəyə 17 min 390.77 ton süd və qaymaq idxal olunub. Bu idxalın statistik dəyəri 32 milyon 927.89 min dollar təşkil edib. Bu məhsulların ümumi ölkə idxalındakı xüsusi çəkisi 0.25% olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkəyə 12 min 179.95 ton süd və qaymaq gətirilmişdi ki, bunun da statistik dəyəri 21 milyon 467.75 min dollar (ümumi idxalda payı 0.13%) təşkil etmişdi. pizza mizza
Beləliklə, illik müqayisədə ölkəyə gətirilən süd və qaymağın həcmi 5 min 210.82 ton (və ya 42.8%), maliyyə dəyəri isə 11 milyon 460.14 min dollar (və ya 53.4%) artıb.
Cəlalə Cəlalqızı
Baxış sayı:54
Bu xəbər 19 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















