Süd vəzi xərçənginin yeni müalicə metodikası. Əməliyyatsız, 11 günə!
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.
Mançester Universiteti (İngiltərə) alimləri süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrə preparatların yeni kombinasiyasını təyin etməyi tövsiyə edirlər.
Bu yeni metodikanın tətbiqi 11 gün ərzində şişin ölçüsünün xeyli kiçiltməsinə və hətta şişin tam yox olmasına gətirib çıxardır.
Xarici mətbuatın məlumatına görə, "trastuzumab" və "lapatinib" adlı preparatların kombinasiyası artıq süd vəzi xərçəngi olan qadınların üzərində test olunub.
Nəticədə məlum olub ki, bu metodika əsasında müalicə alan 11% qadınlarda şişlər tamam yox olub, 17%-də isə 5 mm qədər kiçilib.
Yeni metodikanın müəllifləri qeyd edir ki, bu günə qədər alimlər belə qısa müddət ərzində belə ciddi nəticə ala bilməyiblər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Noyabr 2024 05:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















