Sudan hakimiyyəti ABŞ ın sülh planını qəbul etmək üçün şərt irəli sürüb
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Sudan hökuməti ABŞ sülh planının böyük hissəsini qəbul etməyə hazırdır, lakin Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) üsyançı bölmələrinin ələ keçirdikləri bütün şəhərlərdən tamamilə çıxarılmasında israr edir.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, bu barədə Sudanın yüksək vəzifəli rəsmiləri tərəfindən təsdiqlənmiş sənədlərdə qeyd edilb.
Agentliyin məlumatına görə, ABŞ təklifi dərhal 90 günlük humanitar atəşkəs elan edilməsini, daimi atəşkəs barədə danışıqların aparılmasını və daha sonra seçkilərdən əvvəl mülki siyasi prosesə keçidi nəzərdə tutur. Plan həmçinin vahid milli ordunun yaradılmasını və ekstremist və silahlı qrupların siyasi prosesdən kənarlaşdırılmasını nəzərdə tutur.
Reuters qeyd edir ki, Sudan tərəfi ABŞ planının bir çox müddəaları ilə razıdır, lakin hakimiyyət orqanları BMT-nin rəhbərlik etdiyi mexanizmin nəzarəti altında Şimali Darfur və Şimali Kordofanın da daxil olmaqla müəyyən ərazilərdən yalnız məhdud şəkildə çıxarılmasını tələb edən bəndə qarşı çıxır. Hökumət RRF-nin 11 may 2023-cü ildən sonra ələ keçirdiyi bütün şəhərlərdən tamamilə geri çəkilməsini tələb edir.
Qeyd edək ki, Sudandakı vəziyyət 2023-cü ilin aprel ayında Sudan Suveren Şurasının sədri və ordu komandiri Əbdül Fəttah əl-Burhan ilə SRF-nin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşdi. Xartumda başlayan toqquşmalar tez bir zamanda ölkənin digər bölgələrinə də yayıldı. Beynəlxalq təşkilatlar münaqişə nəticəsində təxminən 60.000 insanın öldüyünü təxmin edirlər. Təxminən 14 milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Arzu
Bu mövzuda digər xəbərlər:Zelenski danışıqlar üçün şərt irəli sürüb
16 Yanvar 2025 16:06
ABŞ ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
25 Mart 2026 20:12
Kanada ABŞ ilə ticarət danışıqlarını bərpa etmək üçün şərt irəli sürüb
24 Oktyabr 2025 19:19
Hizbullah atəşkəs üçün beş şərt irəli sürüb
02 May 2026 21:58
İran parlamenti bəyanat qəbul edərək ABŞ la danışıqlar üçün şərt irəli sürüb
16 İyul 2025 12:26
Baxış sayı:102
Bu xəbər 10 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















