Icma.az
close
up
RU
Sudan istifadə ilə bağlı ödənişlər müəyyənləşdi Cədvəl

Sudan istifadə ilə bağlı ödənişlər müəyyənləşdi Cədvəl

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiqlənib.

"Unikal" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri

Sıra

№-si

Su obyekti

Su obyektlərindən istifadənin xüsusi məqsədləri

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödəmələr (manatla)

götürülən 1 m3 suya görə

axıdılan

1 m3 tullantı suyuna görə

İstifadə edilən 1 m2 su

akvatoriyasına görə

(gündəlik)

1.

Xəzər dənizi (liman

akvatoriyası istisna olmaqla)

məişət

0,01

sənaye

0,004

0,01

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə)

0,0001

0,0004

2.

Çaylar və göllər

içməli su və məişət

0,01

0,01

sənaye

0,04

0,04

kənd və meşə təsərrüfatı

0,001

energetika

0,00001

kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə)

0,0001

0,0005

balıqçılıq, o cümlədən akvakultura

0,0001

0,0004

3.

Yeraltı sular

içməli su və məişət

0,1

müalicə, kurort və sağlamlaşdırma

0,3

sənaye

0,4

balıqçılıq, o cümlədən akvakultura

0,0002

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər. Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar. Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda bu Cədvəl ilə müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır. Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, bu Cədvəl ilə müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanır.

Bu Cədvəldə su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri